Kişi sirrləri

Kişi sirrləri
Kişi dünyası
10.09.2017 44
Amerikalı bədən dili mütəxəssisi Patti Vud bir qadın jurnalına verdiyi açıqlamada kişilərin bəzən fərqinə varmadan bədən dili ilə qarşısındakı qadına bəzi şeylər dediyini bildirib. Vud çox rast gəlinən bəzi hərəkətlər haqqında bunları deyib: "Kiminsə gözünün içinə çox diqqətlə 5 saniyədən artıq baxmaq olmur. Gözünün içinə diqqətlə 5 saniyədən artıq baxırlarsa, deməli, sizinlə maraqlanırlar. Bir kafedə oturmusunuz və qarşınızdakı kişi xəfif gülümsəmədən sonra başını yana əyirsə, bu, onun sizinlə maraqlanmağının göstəricisidir”.



Patti Vud deyir ki, kişilərin içdən gülümsəməsi sifətin bütün əzələlərinin hərəkəti ilə baş verir. Təbəssüm saxtadırsa, kişinin sifətinin bir hissəsi başqa şey deyir, o biri hissəsi isə tamam başqa. Bir sözlə, siz kişinin sifətinə diqqət yetirməklə onun səmimi olub-olmadığını sezə bilərsiniz.



Patti Vud, kişilərin oturmaq tərzi ilə bağlı da maraqlı fikirlər səsləndirir: "Əgər bir kişi əyləşərkən barmaqlarını tərpədirsə, bu o deməkdir ki, həmin kişi özünə güvənmir. Ondan xoşunuz gəldiyini bilməyə ehtiyacı var”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!