Kişiləri əldə saxlaya bilərsiniz, bunları oxusanız...

Kişiləri əldə saxlaya bilərsiniz, bunları oxusanız...
Kişi dünyası
10.09.2017 16
Bərabərliklərdə iplər qadının əlində...

Hər
şeyi dönüb dolaşıb kişilərə bağlamaq yerinə, artıq dönüb özümüzə
baxmanın zamanı gəldi.Əslinə təbiətin də hər şey qadınların əlində
olduğu haqda işarətləri var.Yetər ki ,özünüzü tanıyın.

 

Biz qadınların ən fundamental problemi nədir?

Müasirləşmə
müddəti içərisində qadın və kişi arasındakı cinsi ayrı-seçkilikçilik
hər nə qədər tarazlığa doğru gedirsə, qadının ictimai həyata, iş
həyatına aktiv iştirakıyla fərdi inkişafı ilə ailənin xaricindəki
dünyanı qavrayışı artır və kişi suveren olan sahələrdə qadınların
suverenliyi artırsa da problem davam edir. Mədəni olaraq yaradılışdan
etibarən qadın cinsi hissləri davamlı basdırıldığından, kişinin cinsi
istəyi davamlı yüksəldildiyindən böyük bir asimilasyon yaşanır və nə
qadın nə də kişi bunu heç cür aşa bilmir. Əlaqələrin qeyri
sabitliyində ən fundamental səbəb budur…

 

Evliliyin insan təbiətinə zidd olduğu doğrumu?

Buna
əsla inanmıram. Evlilik deyilən şey hüquqi mexanizm deyil. Hüququmuz 
olsun deyəmi imza atırıq? Hüquq ancaq boşanarkən ağılımıza gəlir. Biz
gözəl xəyallarla, həyat çətinliklərinə qarşı həmrəylik üçün evlənirik.
Ancaq çox ekoloji olan bir şeyə xəyanət etdiyimiz üçün evliliklər
yıxılır.



Qadınlar kişilərlə qeyri- sabit əlaqələri hansı yaşlardan etibarən yaşamağa başlayır?

18-24
yaş arasındakı qızlar bunları hələ fərq etmir. Onların arxasınca hər
yaşda kişi qaçır və əgər çox mühafizəkar bir ailədə yetişmirlərsə bu
ayrı-seçkiliyin fərqinə varmırlar. Ortalama 25 yaşlarında evlənilir (hər
nə qədər dünyada uşaq gəlinlər sıralamasında ilk sıralarda iştirak
etsək  alimlər 25 yaşından əvvəl evlənmənin sağlam olmadığını düşünür)
və cinsi həyat də evlənmə ilə birlikdə başlayır. Ancaq indiki vaxtda hər
iki evlilikdən biri ilk beş il içində boşanmayla nəticələnir. Bir ömr
boyu birlikdə olmaq üçün deyil, azad olmaq üçün evlənən qadın bu yükü
üzərindən atır.

 

Xoşbəxt qadın olmaq üçün nə etməliyik?

Qadın
özünə xəyanət etməsin yetər. Bunun üçün də əvvəlcə bir əlaqədən nələr
gözlədiyini özünə soruşması lazımdır; "Bu əlaqəyə niyə ehtiyacın var,
ona bir daha bax. Sən yaşadıqlarından, paylaşmalardan məmnun olmaq
istəyirsən; təhqir edilmək, basdırılmaq, yox sayılmaq, şiddətə, tacize
uğramaq deyil… İşləyirsən, pul qazanırsan, bir çox sahədə kişilərdən
daha çox pul qazanırsan, o halda heç kimə ehtiyacın yox." Ancaq azad
olmağın əvəzinin təklik olduğunu da unutmamaq lazımdır.

 

Qadınlar təklikdənmi qorxur?

Nəticədə
bir kişinin də bir qadına ehtiyacı var. Bu səbəbdən bir qadının gözəl
bir əlaqə qura bilmək üçün əvvəl öz mənlik şüuruna sahib olması sonra da
həyatı paylaşacağı kişini, özünü anlaması mövzusunda dəstəkləməsi
lazımdır. Çünki bir kişi bir qadını, qadın izah etmədiyi müddətcə əsla
anlamayacaq. Freud, "İnsanı anladım amma qadını anlaya bilmədim" deyir.
Biz özümüz belə anlaya bilmirik çünki insanlığın soyunu davam etdirən
qadının fərqli və kompleks bir quruluşu var, romantik zəkası isə kişiyə
görə çox inkişaf etmiş vəziyyətdədir. Bunun fərqində olmamız lazımdır.
Bunu bilmədiyimiz anda özümüzə xəyanət başlayır .

 

Özümüzə necə xəyanət edirik?

Özümüzü
rədd edirik. Duyğularımızı, varlıq səbəbimizi rədd edirik. İctimai
mexanizmdəki funksiyamızı rədd edirik. Qadınsız bir dünya cəhənnəm olar.
Nə uşaq böyüyər nə də kişilər kişi olar. Dünyada qadın olmasaydı nə
olardı bir düşünün. Qadının cəmiyyətin içində, insanlıq tarixi içində öz
funksiyasını həmişə xatırlaması və bilməsi lazımdır.



Evlənmək istəyən tərəf həqiqətən həmişə qadınlarmı

Bu
ifadə kişinin maraqlarına uyğun gəlir. Heç bir adamla evlənməyin baxaq
nə olacaq? 30 il əvvəl adamlar qızların arxasından necə qaçardı?
Necə məktəblərin universitetlərin qapı önlərində gözləyərdilər deyilmi?
Və indi necə laqeyddirlər… Bu necəmi oldu? Qadının özünə xəyanət etməsi
ilə oldu.  Öz qiymətini,dəyərini itirməsi ilə oldu...

 

Biz qadınların yeganə bir çıxış yolu Ekalogiyamıza dönməkdir...



Ekologiyanıza dönməniz üçün 5 təklif...Tezliklə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!