Sizi xoşbəxt edəcək kişini barmaqlarından tanıyın!

Sizi xoşbəxt edəcək kişini barmaqlarından tanıyın!
Kişi dünyası
10.09.2017 31
Araşdırmalar
göstərib ki, kişilərin qadınlara qarşı nə qədər nəvazişli olduqlarını
öyrənmək üçün onların barmaqlarına baxmaq kifayətdir. Belə ki,
barmaqların uzunluğu kişinin nə qədər mədəni və həssas olduğundan xəbər
verir.







Kanadanın
Makqilla Universitetinin professorları tərəfindən aparılan araşdırma
sübut edib ki, adsız barmağı uzun, işarət barmağı qısa olan kişilər
qadınları xoşbəxt edir.



Bunun səbəbi belə kişilərin hələ ana bətnində ikən həddən artıq  testosteron hormonuna məruz qalmalarıdır.



Belə
kişilərin qadınlarla yaxşı münasibət qura bildikləri, onları sıxılmadan
dinlədikləri, qadının fikirləri ilə razılaşmağa meyilli olduqları
müşahidə edilib. Adsız barmağı ilə işarət barmağının uzunluğu eyni olan
kişilər isə qadınlarla yola gedə bilmir, onlar daim haqlı olduqlarını
hesab edir, hətta müzakirələr zamanı səslərini də yüksəldirlər.



Xatırladaq
ki, daha öncə Oksford Universitetinin əməkdaşları tərəfindən aparılan
araşdırma isə adsız barmağı uzun olan kişilərin xəyanətə meyilli
olduqlarını üzə çıxarmışdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!