Kişilərin bir qadınla evlənmək istədiyini başa düşməsinə səbəb olan məqamlar

Kişilərin bir qadınla evlənmək istədiyini başa düşməsinə səbəb olan məqamlar
Kişi dünyası
10.09.2017 23
Bir çox kişi həyat yoldaşından danışan zaman "onunla evlənəcəyimdən əmin
idim” deyir. Bəs qadınları başa düşmədiklərini deyən kişilər nə qədər
müddətdə bir qadınla birlikdə yaşamaq istədiklərini başa düşürlər?

Kişilərin bir qadınla evlənmək istədiyini başa düşmə sirləri:



1. Nə qədər inandığınıza diqqət yetirirlər.

Başınızı
və bədəninizi dik saxlamağınız, göz-gözə gəlməyiniz, əlindən tutmağınız
özünüzə inamınızı göstərir. Özünə inanan kişilərin bu qadınlardan
xoşları gəlir. Kəşf etmə hissinə sahib kişilər isə məsafəli və utancaq
qadınlardan xoşlanır.



2. Sizdən gözəl uşaqları olub olmayacağına əhəmiyyət verirlər.

Kişilər də qadınının xarici görünüşünə diqqət yetirərək gələcəkdə övladının fiziki xüsusiyyətlərinin necə olacağını bilirlər.



3. Azad ruhlu qadınları xoşlayırlar.

Geyiminizə
diqqət yetirərək çılğın, ya da klassik biri olub olmadığınızı
dəyərləndirirlər. Cəsur geyim tərzi qadının azadlığı sevdiyini göstərir.
Geyim tərziniz fiziki xüsusiyyətinizə və xarakterinizə uyğun deyinsə, o
dəqiqə başa düşülür.



4. İşinizi həmin dəqiqə təxmin edirlər.

Ümumilikdə
qısa saçlı qadınlar hüquq, maliyyə kimi sahələrdə işləməyə üstünlük
verirlər. Qeyri-adi saç modelləri seçən xanımlar media, reklam, ya da
ictimaiyyətlə əlaqələrdə işləyirlər. Yığılan və ya at quyruğu edilən
saçlar qətiliklə ya həkim, ya da müəllimələrindir. Dikdabalı ayaqqabı
geyinən qadınlar kişilərin nəzərində karyera sahibi, uğurlu, özündən
əmin idarəçilərdir.



5. Bədxərc və ya qənaətcil olduğunuzu bilirlər.

Kişilərin
markadan anlamadığı fikri düzgün deyildir. Geyimlərinizə baxaraq sizin
çox pul xərcləyib xərcləmədiyinizi tez başa düşürlər.



6. Çətin biri olub olmadığınızı başa düşürlər.

Bir
yerdə olduğunuz zaman yer seçimi, yemək seçimləri, getdiyiniz yerdəki
davranışlarınız sizin çətin bəyənən biri olduğunuzu göstərə bilər.



7. Optimist olub olmadığınızı ilk görüşdən başa düşürlər.

Kişilərlə
tanışlığınız zamanı üz ifadənizdən nə qədər optimist olduğunuzu
anlayırlar. Qaşqabaqlı, dodaqlarını çeynəyən, dırnaqlarını yeyən biri
olmaq xeyrə əlamət deyil. Kişilərin həyat eşqi yüksək olan qadınlarla
birlikdə olmaqdan xoşları gəlir.



8. Ona inanan qadın istəyirlər.

Bir kişi sizi ilk görüşdə dostlarınızla söhbət edərkən, əylənərək görürsə, ona bağlı olmayacağınızı başa düşür.



9. Deyingənlikdən xoşlanmırlar.

Soruşduğu
hər suala şikayət cümləsi ilə başlayırsınızsa, beynində suallar
yaranacaq. Kişilər həyatı olduğu kimi qəbul etməyin tərəfdarlarıdırlar
və şikayət etməyi xoşlamırlar. Sizin hadisələrə yanaşma tərzinizdən
həyatınız boyunca deyingən olub olmadığınızı başa düşə bilirlər.



10. Xoşlandığınızı həmin dəqiqə başa düşürlər.

Kişilər
ondan xoşunuz gəldiyini ilk 20 saniyədə başa düşürlər. Qarşı cins bədən
dilini oxuya bilən biridirsə, sizin hisslərinizi başa düşə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!