Kişilər qadınların hansı hərəkətlərini sevmirlər?

Kişilər qadınların hansı hərəkətlərini sevmirlər?
Kişi dünyası
10.09.2017 14
Kişilər qadınları, qadınlar da kişiləri anlamaq ilə keçirirlər müəyyən
vaxtlarını. Sonra isə aradakı fərqi qəbul edib mübahisə etmədən
münasibətlərinə davam edirlər.

Bu yazıda biz kişilərin qadınların hansı hərəkətlərini xoşlamadıqlarını sizin diqqətinizə çatdıracağıq.



Davakar davranışlar

Qadınların davamlı olaraq iynələyici sözlər deməyi, həssas mövzulara
toxunmağı kişiləri əsəbləşdirir və onların kobud davranmaqlarına səbəb
olur.



Anası kimi davranmaq

Kişilər uşaq təbiətli olsalar da onlara anası kimi davranan
qadınlardan xoşları gəlmir. Buna görə onları bir uşaq kimi danlamaq və
dəyişdirməyə çalışmaqdan əl çəkməlisiniz.



Maraq

Hər şeyə həddindən artıq maraq göstərən qadınlar bəzən hər hansısa
mövzuda ən incə detala qədər məlumat əldə etmək istəməklə kişilərin
müstəqilliyini məhdudlaşdırırlar. Bu isə heç də kişilərin xoşuna gəlmir.
Buna görə də şəxsi azadlığa əhəmiyyət verib ayrı-ayrı vaxt keçirməyi də
öyrənməlisiniz.



Sahiblənmək

Həddindən artıq sahiblənmək duyğusu heç kimin, xüsusilə də kişilərin
xoşuna gəlmir. Onlara sahibiymişsiniz kimi davranmağınız sizdən
uzaqlaşmasına səbəb olacaqdır.



Möhtac olmaq

Kişilərə ehtiyacınız olduğunu göstərib, bəzən onların güclərini ön
plana çıxartmaq xoşlarına gəlir. Lakin bunu həddindən artıq şişirtmək,
onlarsız bir addım belə ata bilməyəcəyinizi hiss elətdirmək onun
gözündən düşməyinizə səbəb olacaqdır. Buna görə də onlara möhtac olmadan
yaşamalı, sadəcə bəzi məqamlarda lazım olanda onlardan kömək
istəməlisiniz.



Ona bağlı olmaq

Aldığınız qərarlarda onun da fikrini öyrənməyiniz xoş bir jestdir və
onun da xoşuna gələcəkdir. Lakin bunu şişirdib, atdığınız hər addımı
deməyiniz, ondan məsləhət almağınız bir müddət sonra onun bezməsinə
şərait yaradacaqdır.



Uca səslə danışmaq

Daim uca səslə danışan qadın kişilərin xoşuna gəlmir. Kişilər hər zaman qadında incəlik, xanımlıq olmasını istəyirlər.



Şəxsi həyatına müdaxilə

Mobil telefonu ve e-maillərini tez-tez yoxlamağınız onun gözündən
düşməyinizə səbəb olar və azadlığının məhdudlaşdırıldığını görən kişi
sərt reaksiya verərək sizin xətrinizə dəyə bilər. Buna görə də ona
inanmağa çalışın və bu hərəkətlərinizdən əl çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!