Kişilərin bəyənmədikləri

Kişilərin bəyənmədikləri
Kişi dünyası
10.09.2017 11
Boş yerə deməyiblər ki, qadınlar və kişilər ayrı planetlərin
sakinləridir. Bu iki cinsingözəllik barədə təsəvvürləri çox vaxt
üst-üstə düşmür. Məsələn, qadınların qarderobunda elə geyimlər var ki,
kişilər onları heç bəyənmir. Yəqin ki, kişilərin qarderobunda da
qadınların bəyənmədiyi geyimlər var. Lakin bu gün biz kişilər heç
bəyənmədiyi qadın geyimləri və aksessuarlarından bəhs edəcəyik



Baxaq görək, qadınların qarderobundakı paltarların hansılarını qarşı cins antiseksual, qeyri-estetik və mənasız hesab edir:



Uqqi

Heç də təəccüblü deyil. Bu ayaqqabılar ən incə ayaqları belə üç dəfə
iri və kök göstərir. Bura kök baldır da əlavə olunarsa, məsələ daha da
qəlizləşir… Kişilərin ağlına "fil ayağı”, "düzdaban” kimi assosiasiyalar
gəlməyə başlayır. İsti və rahatlıq kimi fikirlər onların ağlının
ucundan keçmir.

Leggins

Qısa çəkmə (botinka) ilə tamamlanmış, tunik və ya don ilə örtülmüş
leqqins kişilərin diqqətini çəkən mənfi fikirləri yox edə, hətta
xoşlarına gələ bilər. Qısa leqqinslər və ayağın açıq qalmış hissələri,
alt paltarını aydın əks etdirən örtülməmiş yanlar, eləcə də, istənilən
halda eybəcər ayaqlara geyilmiş leqqins kişidə qəzəb yaradır.

Ələddin, əfqan, şarovar tipli şalvarlar

Uşaq bələyini xatırladır və budları çox qeyri-estetik göstərir.

Uzunbel geyimlər

Bu tip geyimdə pis şeyləri xatırladan çox nüans var – belə belli
toplar və donlar Sovet dövrünün "ampir” lampalarını, "baby-doll” stilli
və sinədən genişlənən donlar hamilə qadını xatırladır. Bununla da
bitmir. Uzunbel cins şortiklər yanları düz göstərir və kişilər düşünür
ki, bu heç də cazibədar deyil, cins şalvarlar da bu siyahıya daxil ola
bilər.

Həddən artıq yüksək platformalı ayaqqabılar

Bu ayaqqabı növu atın ayağına bənzədilir. Heç bir yüngüllük və
incəlikdən söhbət gedə bilməz, belə ki, kişilərin tez-tez ağlına bu
fikir gəlir: "Yazıq, bu ütüləri bütün günü necə gəzdirir?”

Oversize – həddən artıq böyük geyim və aksessuarlar

İri pencəklər, boyfriend cinslər, cins kombinezonlar… Bütün bunlar
kişilərin gözündə qadına uyğun deyil. Eləcə, çox böyük eynəkli
qadınları, az qala, yadplanetliyə yaxud iri həşərata oxşadırlar. Bir də,
unutmayın, qarşı cins çantanın ölçüsünün təsiredici dərəcədə böyük
olmasına heyran qalmır. Nisbətən standart ölçülü əşyalar daha zərif
görsənir.

"Fonar” yubka

Qadın fiqurasını vurğulamaq üçün dezavantajlıdır. Yenə də, budlara sıx oturdulmuş model hər zamanki kimi favorit sayılır.

Korreksiya üçün alt paltarı

Həqiqətən də, korreksiya edən alt paltarı və göstərişsiz, sadə,
neytral rənglərdə olan alt paltarlarını qətiyyən erotik adlandırmaq
olmaz. Xüsusilə, qadın zərif donunu çıxardığı an, mumya sarğısını
xatırladan həmin alt paltarı kişilərdə heç də xoş olmayan təəssürat
yarada bilər.

"Pivə ilə də getməz”

Kişi beynini darmadağın edən əşyalar! Yay botinkası və qış şortu. Qarşı cins – "məntiq haradadır?” – deyə təəccüb etməyə bilmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!