Kişilərin sizi səhv başa düşməsinə icazə verməyin

Kişilərin sizi səhv başa düşməsinə icazə verməyin
Kişi dünyası
10.09.2017 35
Kişilərin sizi səhv başa düşməsinə icazə verməyin
Flirti minimuma endirin
Bəzi qadınlar təbii flirt etmə xüşusiyyətinə malikdirlər və
əllərində olmadan qarşısındakı kişiyə təsir göstərirlər. Bunda səhv və
ya pis bir şey yoxdur amma bəzilərini bu davranışlar narahat edə bilər
ya da qarşınızdakı adamlara istəmədiyiniz siqnallar göndərə bilərsiniz.
Bunu aradan qaldırmaq üçün flirt hərəkətlərinizi minimuma endirməli və
lazım olanda özünüzü tutmalısınız.
 
Fiziki təmasdan çəkinin
Kişilər fiziki təmasa güclü bir şəkildə cavab verirlər. Bu səbəblə
birinə sarılarkən, kürəyini sığallayarkən iki dəfə düşünməlisiniz. Sizə
görə bu hərəkət zərərsiz ola bilər amma qarşınızdakının bundan necə bir
məna çıxaracağını bilməzsiniz.
 
Xüsusi maraq göstərməyin
Qarşınızdakı adamın sizi səhv başa düşməməsini istəyirsinizsə, ona
da eynilə digər hər kəsə davrandığınız kimi davranın. Ona əlavə vaxt
ayırmayın, başqaları ilə də eyni şəkildə danışın.
 
Çox yaxşı olmaqdan çəkinin
Həddindən artıq yaxşı davranmaq kişilərin sizi səhv başa
düşmələrinə səbəb ola bilər. Biri ilə danışarkən nə çox kobud, nə də çox
yaxşı davranın, ortasını tapmaq ən yaxşısıdır.
 
Onu dost olaraq gördüyünüzü bilsin
Bəzən qarşınızdakı insanın romantik düşüncələri onu sadəcə dost
olaraq gördüyünüz həqiqətini gözdən qaçırmasına səbəb ola bilər. Siz
buna mane olun, onu sadəcə dost kimi gördüyünüzü bilməsini təmin edin.
Bunu ona birbaşa deyə bilər (dostluğun mənim üçün çox əhəmiyyətlidir),
ya da hərəkətlərinizlə göstərə bilərsiniz. Beləliklə qarşınızdakı adamın
başqa xəyallar qurub, qəlbinin qırılmasının qarşısını almış olarsınız.
 
Daimi ünsiyyətdən çəkinin
Daim məktublaşmaq, telefonda danışmaq, görüşmək qarşınızdakına
yanlış siqnallar göndərəcək. Belə bir vəziyyətdən qaçmaq üçün onunla
olan ünsiyyətinizi müəyyən limitdə tutun.
 
Tək görüşməkdən çəkinin
Sadəcə dost olduğunuzu düşündüyünüz birisi ilə tək görüşmək ona
yanlış siqnallar verməyinizə səbəb olur. Birlikdə keçirdiyiniz vaxtlarda
dost qruplarınız içində olun. Bir şey hiss etmədiyiniz insana boşuna
ümid verib qəlbini qırmayın! Unutmayın, bu sizin də başınıza gələ bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!