Kəməri düzgün seçin

Kəməri düzgün seçin
Kişi dünyası
10.09.2017 23
Kişi qarderobunda çoxlu sayda olan aksesuarlardan biri məhz kəmərdir. Kəmər öz işini görməklə səvai, sizin görkəminizi tamamlayan bir aksesuardır. Qədimdə kəmərin göz və pis niyyətdən qoruyan olduğuna inanırdılar.



Müasir etikaya əsasən kəmər kişinin daimi istifadə edəcəyi aksesuar olmalıdır. Biz sizlərə kəmər alarkən düzgün seçim etməyinizə kömək edəcəyik.



1. İlk öncə kəməri nə ilə taxacağınıza qərar verin. Müasir kəmərlər iki növə bölünür: casual və klassik. Casual kəməri ciddi bir geyimlə taxa bilməyəcəyinizə görə, seçimdə diqqətli olun.



2. Yaxşı olar ki, kəmərin və toqqanın rəngi qol saatı ilə uyğun olsun.



3. Klassik kəmərin toqqası sadə, yazısız və qaşsız filan olmalıdır.



4. Kəməri geyiminizə yox, ayaqqabınıza uyğun seçməlisiniz. Eyni rəngdə və eyni materialda olan kəmər və ayaqqabı eleqantlıq göstəricisidir.



5. Çox bahalı kəmər eyni bahalıqda geyim tələb edir, əks halda onun baha olması mənasızdır.



6. Kəmərin eni 4-5 sm-dən az olmamalıdır. Daha nazik kəmərlər yeniyetmələrə (20 yaşa qədər) məxsus bir aksesuardır.



7. Kəmərin uzunluğu da əsas məsələlərdən biridir. Bələki, kəmərin artıq qalan hissəsi 20 sm-dən çox olmamalıdır. Əgər aldığınız kəmər uzun çıxıbsa, dərzinin köməyi ilə onun uzunluğunu azaltmalısınız.



8. Əgər kəmər seçilibsə və uzunluğu tələb olunan qədərdirsə, bu zaman toqqa mərkəzi deşiklərdə bağlanmalıdır. Ehtiyyat 1-2 deşiyin qalmasına fikir verin.



9. Yaxşı olar ki, əlavə deşiyə ehtiyac olduğu zaman evdə yox dərzilərdə bu problemi həll edəsiniz.



10. Müasir kəmərlər dəridən olduğu kimi, dəri əvəzedicilərdən, parçadan da olur. Dəri olmayan kəmərlərdən uzun ömürlülük gözləməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!