Ayaq tərləməsi ilə mübarizə

Ayaq tərləməsi ilə mübarizə
Kişi dünyası
10.09.2017 11
Ayağınız tərliyir? Ayağınızdan iy gəlir? Qonaqlıqlarda özünüzü narahat hiss edirsiz? Bütün bu narahatçılıqlrı birgə həll etməyə çalışacıq.



İlk öncə ayaqdan niyə iy gəlməsini araşdıraq. Ayaqlarınız daha çox işlək olduqlarından tez tərliyirlər. Beləki, ayağınız tərliyərək ayaq əzələlərini soyutmağa çalışır.



Tər özü özlüyündə 98% sudan ibarət olur və iylənmir. Qalan 2% (duzlar, mikroelementlər, turşular, xolesterin, hormonlar) da iylənmir, iy dəridə olan bakteriyaların təsiri altında əmələ gəlir. Tərliyən ayaqlar mütləq deyil ki, iylənsin. İylənməyə bakteriyalar səbəb olur.



Ən əsas məsələ ayaqlarınızı yuyun. Bunu ən azı gündə bir dəfə etmək lazımdır. Baxmayaraq ki, bütün günü evdə keçirmisən və ev ayaqqabılarında gəzmisən. Ayağı sabunla və təmiz yumaq lazımdır. Əgər çox tərliyirsə bir neçə dəfə xüsusi sabunlarla yumalısınız. Yuduqdan sonra mütləq qurudun, nəmişlik bakteriya mənbəyidir.



Ayaqlarınızı yuduqdan sonra xüsusi krem və spreylərdən istifadə edə bilərsiz. Bu kimi krem və spreylərin daxilində mikroorqanizmlərə qarşı elementlər var ki, iyin qarşısını ala bilir.



Corablarınızı gündə təzələyin. Əgər hesab edirsinizsə bir neçə dəfə dəyişmək lazımdır, kömək edirsə dəyişin. Corablarınızı təmiz pambıqdan olanını alın. Sintetika maksimum 10% təşkil edə bilər, lakin 100% pambıq olsa daha məsləhətdi. Ayaqlarınız pambıq corablarda daha komfortlu olacaq, sintetika ayaqlarınıza nəfəs almağa imkan verməyəcək.



Əgər gündə ayağınızı yuyub, gündə corab dəyişirsinizsə və iy yenə də mövcuddursa, bu zaman ayaqqabılarınıza diqqət yetirin. Ayaqqabı mütləq təmiz dəridən olmalıdır. Üstəlik içinin də dəri olmasına mütləq fikir vermək lazımdır. Dəri olmayan ayaqqabıların çoxluğu göz qabağındadır. Lakin unutmayın ki, belə bir ayaqqabıda ayağınız nəfəs almır, yalnız corabın sayəsində intensiv tərləmə azalır. Əgər ayaqqabınız təmiz dəri deyilsə, ayağınız mütləq iylənəcək və ayaqqabıya hopmuş iyi yox eləmək mümkün deyil. Buna qarşı çoxlu vasitələr olsa da, onlar kömək etmir və dəri ayaqqabı ayaq iylənməsinə qarşı mütləq bir şərtdir.



Ayaqqabılarınızı havalandırın. Bunu əgər iy varsa mütləq şəkildə gündə etmək lazımdır. Evə gəldikdən sonra nəm əski ilə içini silin və kağız vasitəsi ilə qurudun. Ümumiyyətlə çalışın dəyişik ayaqqabınız olsun ki, 2-3 gündən bir dəyişik geyinəsiniz. Bu ayaqqabıya hopan iyin qismən getməsinə kifayət edə bilər.



Ayaq vannası qəbul edin. İlıq suya yarım limon suyunu əlavə edin və ayaqlarınızı 10 dəqiqə ərzində suda saxlayın. Limon suyunu bir neçə xörək qaşığı duz əvəz edə bilər. Vanna qəbul olunduqdan sonra ayaqlarınızı təmiz quruladın. Bu prosedur gündə ən azı iki dəfə edilməlidir.



Əgər çox iy gəlirsə bu göbələyin olmasına işarə ola bilər. Bu zaman həkimə müraciət etməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!