Xarizmatik kişilər sevilir

Xarizmatik kişilər sevilir
Kişi dünyası
10.09.2017 18
Xarizmatiklik – ətrafdakıların diqqətini cəlb etmək qabiliyyətidir. Liderlik, insanları cəlb etmək və onlara təsir etmək deməkdir. Xarizmatik olmaq istəyirsiniz? Xarizmatik kişiləri hamı çox istəyir, xüsusən də qadınlar.



Xarizmatik insanlar ətrafdakılara müsbət təsir göstərir. Xarizmatiklik əsl kişi keyfiyyətidir. "Xarizma” qədim yunan mifologiyalarında istifadə olunub. Diqqəti cəlb etmək mənasını daşıyır. Xarizma xaritlərdə – gözəllik, xeyirxahlıq və qrasiya tanrılarında var idi.



Xarizmanı necə inkişaf etdirmək olar? Xarizmatik insan özünə əmin və özünə güvənən biri olmalıdır. Riski sevən xarizmatik insanları bir çoxların atmadığı addımı atırlar. Öz gücünə inanmalısan! Xarizmatik insan tək başına bütün həyat çətinliklərinə sinə gələn birisidir. Hamı onunla fəxr edir və ona oxşamaq istəyir. Bir çox insanlar həyat çətinliklərindən qorxur, onlarla üzləşmək istəmir, bununla da inkişaf edə bilmirlər. Xarizmatik lider isə qorxmur. O, bu vəziyyətlərdə özünü daha sərbəst aparır. Ürəkli olun!



Xarizmatik insanı tanıyırlar. İdeal insanlar olmasalar da, xarizmatik insanlar düzgün, qururlu və hörmətli olurlar. O, sözünü tutur, ona güvənmək olar. Xarizmatik kişi hörmətlidir. Öz hörmətivi qoru! Xarizmatiklik sənin səsində də olmalıdır. Səlis və inandırıcı səslə danışmaq xarizmatik insanlara məxsus xüsusiyyətdir. Söz mədəniyyətini inkişaf elətdir.



Xarizmatik insan pozitiv olmalı. Müsbət emosiyalar qoyulmuş məqsədə çatmaq üçün vacibdir. Entuziazm və uyğun əhvalınız sizə işlərinizdə və qabiliyyətinizdə yoldaş olacaq. Xarizmatik insanların pozitivliyi ətrafdakılara keçici olmalıdır. Optimist olun!



Xarizmatik insan sadə olmalıdır. İlk dəfə söhbət elədiyi bir kəsə isti münasibət bəsləyərək, onunla səmimi olmalıdır. Xarizmatik insanların ilk tanışlıqda sıxılmamalıdırlar. Onlar emosiyalarını bölüşə bilməli, özünə diqqəti çəkməlidirlər. Xarizmatik insanlarda yumor hissi mütləqdir. Yumor sənin silahındır. Pis vəziyyətə düşməkdən qorxmayın. Yumor insanlara özlərini yaxşı hiss eləməyə kömək edir.



Xarizmatik insanlar həyatdan küsmürlər. Hər vəziyyətdə müsbət emosiyalar axtarırlar. Onlar şən və daimə gülən olurlar. İnsan bir gündə xarizmatik olmur, bunun üçün çalışmaq lazımdır və bir gün xarizmatiklik özü gələcək. Ətrafınızda sizi çoxlu sevən, qızlar və dostlar olacaq. Ən əsası da içinizdəki xarizmatikliyi üzə çıxardacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!