Kişi seksuallığı

Kişi seksuallığı
Kişi dünyası
10.09.2017 20
Qadınlar gözəllik və seksuallıq anlayışlarında tam fərqlidirlər. Onlar bunları müəyyənləşdirəndə tam fərqli kriteriyalardan istifadə edirlər.



Kişi meymundan biraz yaraşıqlı olmalıdır? Bu deyimi unudun. Bunu özləri meymuna oxşayan kişilər iddia edirlər. Qadınlar model oğlanları sevirlər? Xeyir. Hər şəy tam başqadır. Qadınlar fərqli düşünürlər. Kişi seksuallığı – yalnız xarici görünüş yox, kompleks şəklində olmalıdır.



Təkamül getdikcə qadınlar gözəlləşmiş kişilər isə yox. Lakin qadınlar yaraşıqlılıqdan çox başqa keyfiyyətlərə də fikir verirlər.



Kişi seksuallığı nədir?



1. Kişi seksuallığı – bədən quruluşudur

Köynəyinizi çıxardın və güzgü qarşısına keçin. Siz orda nə görürsünüz? Əgər sizə güzgüdən düzgün və məşq edilmiş bir bədən quruluşlu birisi baxırsa hər şey yaxşıdır. Yox əgər artıq və ya əksik çəkili, sallaq əzələli biri baxırsa, bu zaman dəyişiklik etməyə hazır olun.



Qadınlar sağlam həyat tərzini seçən kişilərdən xoşlanırlar. Alkoqol, siqaret, narkotik və sağa-sola seks artıq dəbdə deyil. Bu kişiyə seksuallıq yox, yolunu azmış bir xəstə kimi görkəm verir. Müasir həyatda sağlam olmaq və idmanla məşğul olmaq dəbdədir. Kök və arıq bədən quruluşları müasir seksuallıq anlayışından çox uzaqdırlar. Qadınları enli kürək, güclü qollar, düzgü sinə, məşq edilmiş pres cəlb edir.



Kişi seksuallığı – sağlam və məşq edilmiş bədəndir. Belə kişilər qadınlar üçün yaxşı və keyfiyyətli seks simvoludur.



2. Kişi seksuallığı – xasiyyətdir

Kişi xasiyyəti kişi seksuallığında əsas əlamətlərdən biridir. Xasiyyət yaraşıqlılıqla eyni səviyyədə ölçülür. İdeal kişi xasiyyəti özünə inam, sağlam məqsəd, ambisiyalar, möhkəmlik, etibarlıq, sakitçilik və işgüzarlığı əks etdirməlidir.



Kişi xasiyyəti – onun bu dünyada potensialı və dəyəridir. Dəyərsiz kişilərdən heç kəs xoşlanmır.



3. Kişi seksuallığı – onun qarderobudur

Bir çox kişilər 1 il və daha çox qarderobu yeniləməkdən uzaq olurlar. Yeni köynək, şalvar və alt paltarı almırlar. Bu yolverilməzdir. Dəbin dalınca qaçmaqda bir məna olmasa da, keçmiş insanlara da oxşamaq lazım deyil. Əsas – səliqəli, müasir  görünüşlü olmaqdır.



Qarderobunuzu aktual vəziyyətdə saxlayın. Qarderob kişi seksuallığı ilə birbaşa əlaqəlidir. Xarici görünüşü düzgün olan kişiləri qadınlar hər zaman qiymətləndirirlər.



4. Kişi seksuallığı – qadına münasibətdir

Cazibə nə xarizma qadınlarla ünsiyyətdə kişilərə çox kömək olur. Romantik və qadına üstünlük verən kişilərə müsbət baxılır.Diqqətçil olmaq, hədiyyə vermək, narahat olmaq və qayğı göstərmək seksuallığın pik nöqtəsidir.



Qadına qayğı göstərə bilmək, ciddi münasibətlərə hazır olmaq deməkdir. Qadınlar prespektivi olmayan kişilərdən xoşlanmırlar. Qadınlar onlara göstərilən münasibətə aşiq olurlar.



Qadınlar ən yaraşıqlısını yox, onlar ən yaxşısını seçirlər. Yaxşı kişi idmanla məşğul olur, sağlam həyat tərzi sürür, görkəminə fikir verir, yumor hissinə malik olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!