Kişilərə utanc gətirən xəstəlik: səbəbləri nədir?

Kişilərə utanc gətirən xəstəlik: səbəbləri nədir?
Kişi dünyası
10.09.2017 28
Endokrinoloq Nadirə Ağazadənin ginekomastiya (kişilərdə süd vəzi böyüməsi) haqda məqaləsini təqdim edir.  

Ginekomastiya
- kişilərdə bir və ya iki tərəfli məmə (süd vəzi) toxumasının normadan
artıq böyüməsinə deyilir. Əgər süd vəzi böyümüşsə, bunun həqiqi və ya
yalançı ginekomastiya olduğunu araşdırmaq lazımdır. Həqiqi
ginekomastiyada süd vəziləri vəz toxuması hesabına böyüyür. Yalançı
ginekomastiya süd vəzilərinde piy toplanması hesabına əmələ gəlir və
piylənməsi olan kişilərdə daha sıx görülür.

 

Ginekomastiya daha çox hansı dövrlərdə rast gəlinir:



- Yenidoğulmuşlarda

- Pubertat dövrdə (yetişkənlik çağı)

- Yaşlılarda (əsasən 50-80 yaş arası kişilərdə)

 

Yenidoğulmuş
oğlan uşaqlarında süd vəzilərinin böyük olması hamiləlik boyunca yüksək
estrogenlərin təsirindən olduğuna görə müvəqqətidir və bir müddətdən
sonra normala dönür, heç bir müalicə tələb etmir.

 

Pubertat
ginekomastiyası əsasən 10-12 yaşlarda başlayır, amma 13-14 yaş arasında
da görülə bilər. Bu yaşlarda böyümüş süd vəzisi əmələ gəldikdən sonra
6-24 ay içində heç bir müalicə tələb etmədən geriyə dönür, amma qalıcı
pubertat ginekomastiyası kimi qalma ehtimalı da var. Bir və ya hər iki
süd vəzisində rast gəlinə bilər. Xəstələrdə bu problem olduqda diqqətli
fiziki müayinə ilə yanaşı lazım olan testlərin aparılması
ginekomastiyanın səbəbinin araşdırılmasında yardımçı olur və 6 aylıq
aralarla təkrarlanan müayinələr bu durumun qalıcı olub-olmadığını
göstərir.

 

Ginekomastiyanı əmələ gətirən səbəblər:

 

- Müəyyən qrup dərman preparatlarının qəbulu

- Qaraciyər və böyrək xəstəlikləri

- Hormonal-aktiv şişlər (Testis şişləri, böyrəküstü vəz şişləri və s)

- Klinefelter sindromu (Birincili hipoqonadizm)

- Prostat xərçəngi

- Hipertireoz və s

 

Əgər
ginekomastiyanı əmələ gətirən səbəb aparılmış müayinələr nəticəsində
tapılmırsa, artıq bu, idiopatik (səbəbi məlum olmayan) ginekomastiya
adlanır.

 

Ginekomastiyası
olan kişilərdə ən önəmli olan süd vəzi xərçəngini daha erkən dönəmdə
aşkarlamaqdır. Kişiyə Klinefelter sindromu diaqnozu qoyulmuşsa, süd vəzi
xərçəngi riski olması daha yüksəkdir. Ona görə bu diaqnoz qoyulan kişi
xəstələrə hər il süd vəzi müayinəsindən keçmək vacibdir.

 

26-35
yaş arası kişilərdə süd vəzilərində böyümə ilə yanaşı cinsi zəiflik,
cinsi həvəsin azalması, testislərdə (xayalarda) böyumə də varsa, bu,
testis şişlərinin olmasından xəbər verir və vaxtında aşkarlanması çox
önəmlidir.

 

Kişilərdə
süd vəzilərinin normadan artıq böyüməsi süd vəzi xərçənginin və digər
hormonal aktiv şişlərin ilk şikayəti olduğu üçün buna xüsusi diqqət
yetirilməlidir. Səbəbi araşdırmaq üçün lazım olan müayinələrdən və
hormonal testlərdən keçmək bu kimi şikayəti olan kişi xəstələrə məsləhət
görülürскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!