Kişi seksuallığının qanunları

Kişi seksuallığının qanunları
Kişi dünyası
10.09.2017 11
Saqqalla seksuallığın əlaqəsi varmı? Nə tip kişi üzü və bədən quruluşu seksual hesab olunur?

 

Qadının xoşuna necə gəlmək olar?

Northumbria
University-nin araşdırmalarının məqsədi kişi üzündə saqqalla onun
seksual görünməsi arasında əlaqəni öyrənmək olub. Əsasən aşağıdakı
parametrlərə təsiri araşdırılıb: cəlbedicilik, kişilik, dominantlıq.

Kompüter vasitəsi ilə bir neçə kişi üzləri hazırlanmış: gur saqqallı, az saqqallı, az tüklü.

 

Hansı daha seksualdır – saqqal və ya az tük?

Araşdırmaların
nəticələrinə görə saqqallı kişilər daha ciddi münasibətlər üçün
cəlbedici olublar. Üzü tam təmiz olan kişilər isə qadınların gözündə
cavan və uşaq kimi görünürlər.

Qadınların
əksəriyyəti isə az tüklü üzlərdən xoşlanırlar. Belə saqqala malik olan
kişilər daha seksual, inamlı və cəlbedici görünürlər.

Xarici görünüş haqqında araşdırmalar

Bir
neçə il öncə University of Regensburg xarici görünüş barəsində miqyaslı
araşdırmalar aparmışdır. 500 nəfər kompüterdə düzəldilmiş kişi üzlərinə
rəy vermişdirlər.

1-7
qədər qiymətləndirmə cədvəlində, inamlılıq, düzgünlük, cazibədarlıq,
ziyalılıq, profesionallıq, dostluq kimi parametrlər
qiymətləndirilmişdir.

 

Hansı kişilər daha seksualdır?

Qarabuğdayı, üçbucaq üz quruluşuna malik və daha az piy qatına sahib olan kişilər daha seksual hesab olunublar.

Bundan
başqa daha dolğun və simmetrik dodaqlar, burunla ağız nahiyəsi arasında
qırışı olmayan, qara qaş-göz, düzgün çənəyə malik olan kişilər seksual
hesab olunublar.

 

Xarici görünüşlə insana olan münasibətin əlaqəsi

Seksual
hesab olunan kişilər həmçinin başqa göstəricilərdə də yüksək qiymət
əldə etmişdirlər. Onları özlərinə əmin, uğurlu, istiqanlı, dostsevən və
ziyalı hesab edirlər.

Hesab
olunur ki, uğurlu və özünə inanan kişilər daim baxımlı, seksual,
cazibədar, daim gülən, qayğısı üzündə görünməyən kişilərdir.

 

Seksual bədən quruluşu

2000 qadından aparılan sorğuya əsasən kişilərin seksual bədən quruluşları haqqında məlumat toplanmışdır.

Qadınların
82% düzgün qamət və fit bədən quruluşunu seksual hesab etmiş, 8%
bodibilder bədən qurluşunu, 5 faizi isə kök olmayan "ev kişilərini”
seksual hesab etmişdirlər.

Nəticə
olaraq, az tüklü üzlər daha seksual görünür. Yumru üzlərdənsə daha çox
sərt cizgili üzlər seksual görünür. Bir çox qızlar əzələli bədəni
seksual saymırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!