Görkəminizi qollarınızı qatlayaraq dəyişin

Görkəminizi qollarınızı qatlayaraq dəyişin
Kişi dünyası
10.09.2017 7
Qatlanmış qollar dəbi geyimdə işgüzar görkəmin bir hissəsidir. Lakin bunu da düzgün geyimdə və düzgün şəkildə etmək lazımdır.

 

Köynəyin qollarını qatlamaq

Bir zamanlar bunu nəisə təmir edən zaman edərdilər. Lakin müasir həyatda bunu sırf estetik görünüş üçün də edənlər az deyil.

Qolları
qatlamaq üçün köynəyin qolu sizin ixtiyarınızdadır. Siz qolun yarısına
kimi və ya dirsəkdən yuxarıya kimi köynəyin qollarını qatlaya
bilərsiniz. İkincisini əsasən iş görəndə və yaxud bitsepslərinə
inandıqları zaman edirlər.

Köynəyin qollarını bir neçə cür qatlamaq olar:

 

1. Manjeti çevirin və köynəyi manjet enliyində istədiyiniz qədər qatlayın

 

2.
Əgər manjetin iç üzü köynəyin rəngindən fərqlidirsə, bu zaman kəsiyin
imkan verdiyi qədər manjeti qaldırın və aşağıda qalan parçanı qatlayın.
Manjetin fərqli rəngi görkəminizə bir rəng qatacaq.

 

Qısaqol köynəyin qollarını qatlamaq

Bir iki qat kifayətdir. Lakin qısaqol köynəyin qollarını bitsepslərinizə inanırsınız isə qatlayın.

 

Polo köynəklərin qollarını qatlamaq

Bunu etmək olmaz!

 

Kardiqanın qollarını qatlamaq

Kardiqanların
elastik manjetlərini qatlamaq yox, yuxarı qaldırmaq qəbul olunmuşdur.
İstədiyiniz hündürlüyə qolları qaldırın və manjet onu fiksasiya edəcək.

Əgər sviterinizin altında köynək varsa qolları qaldırandan sonra köynəyinizi də sviterin qolunun üstünə qatlaya bilərsinizin.

 

Pəncəyin qollarını qatlamaq

Deputatlar pəncəklərinin qollarını qayda deyil deyə yox, həmçinin çətin olduğuna görə qatlamırlar.

Yox əgər pencəyiniz pambıqdan və ya kətandandırsa kardeqanda olduğu kimi qollarınızı qatlaya bilərsiniz.

 

T-shirt qollarının qatlanması

Bunu edəcəkdiniz isə qolsuz köynək alardınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!