Məzuniyyət görkəmi: istirahətə nə aparılmalı

Məzuniyyət görkəmi: istirahətə nə aparılmalı
Kişi dünyası
10.09.2017 34
Yaxşı məzuniyyət o zaman olur ki, yanmış çiyinlərinizi yağla sakitləşdirmirsiniz və ya hava şıltaqlığı ucbatından soyuqdan donmursunuz. Bunun üçün aşağıdakıları özünüz ilə götürməlisiniz.

Məzuniyyət qarderobunu yığmamışdan öncə hara gedəcəyini təyin etməlisən. Ola bilsin ki, qadın və ya çətənə şəkilli t-shirt-ə görə həbsxanaya da düşə bilərsiniz.

İsti ölkələrə gedərkən mütləq uzunqol köynək aparın. Əks halda məzuniyyətiniz qollarınızı qatıqla sakitləşdirərək keçəcək.

Mütləq nazik gödəkçə (ветровка) aparın. Onun altından geyinmək üçün rəngli t-shirt lazım olacaq. Şort ilə geyindiyiniz zaman gecə klubuna rahat gedə bilərsiniz. Gecə klubuna uyğun bir başqa ən uğurlu görkəm cins və ağ kətan köynəkdir. Bronzlaşmış bədəniniz və ağ köynək sizi cəlbedici edəcək. Kluba gedərkən vyetnamkanı unudun. Rəngli vyetnamka yalnız çimərlik üçün yararlıdır. Kluba gedərkən corabsız geyinə biləcəyiniz dəbli makasin geyinin.

Çimərlik şortlarını rəngli seçin, qara dar şortlardan uzaq durun, çimərlik papağı və müasir gün eynəyi sizin çimərlik görkəminizi tamamlayacaq.

Gecələr hətta yay aylarında da sərin ola bilər. Dəniz kənarında istirahətə üstünlük vermisiniz isə mütləq özünüz ilə cemper götürün. Nazik cemper sizi soyuqdan qoruyacaq, planlaşdırılmamış görüşlərdə sizə lazım olacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!