Gün eynəklərinin seçimi: TOP-5 məsləhət

Gün eynəklərinin seçimi: TOP-5 məsləhət
Kişi dünyası
10.09.2017 29
Gün eynəyi seçə bilsəniz, hətta ən maraqsız yay fəslinə rəng qata
biləcəksiniz. İlk öncə eynəklərin şüşələrindən söz açacayıq. Beləki,
şüşənin keyfiyyətindən görkəminiz və göz sağlamlığınız asılıdır.
Keyfiyətsiz şüşə katarakta və gözün mərkəzi sinir hüceyrələri
xəstəliyinə səbəb ola bilir.

 

UB-şualar

Gün
eynəkləri şualanmanın qarşısını 99% alır və bu səbəbdən eynək seçərkən
diqqətli olun. Yaxşı olar ki, gün eynəklərini xüsusi maqazinlərdə
alasınız və xəsislik etməyəsiniz. Ucuz eynəklər gözləri qorumaq əvəzinə
onlara ziyan vurur.



Polaroid şüşələr

Polaroid horizontal işıq
şualarını blok edir. Onlar aydın günəş zamanı əvəzolunmazdır. Lakin
aktiv istirahət zamanı polaroiddən uzaq olmalısınız, əks halda
gözləriniz itiliyini itirəcək.

 

Üz forması

Uzun
düzbucaqlı üzlər üçün eynəklər böyük olsa yaxşıdır. Onlar həmçinin
enlidirlər. Bu eynəklər üzün uzun olmasını vizual olarq gizlədir.

Enli
alına malik kişilər kvadrat və ya düzbucaqlı eynəklər
seçməlidirlər. Yumru üz quruluşuna malik kişilərə düz xətlərlə çizilmiş
çərçivəli, düzbucaq şüşəli eynəklər məsləhət görülür. Çərçivənin tünd
rəngi üz şişkinliyini də vizual olaraq gizlədir.

Enlı alına və enli
çənəyə maliksiniz? Deməli sizin üzünüz həndəsi kvadrat formasındadır.
Lakin düzgün eynək sizin görkəminizi yaxşılaşdıracaq. Əsas o dur ki,
çərçivə böyük olmasın, yumuru və ya oval eynəklər üzünüzün kvadratlığını
gizlədəcək.

Əgər siz arıqsınız isə bu zaman nazik çərçivəli
eynəklərdən uzaq olun, bu sizi daha da arıq göstərəcək. Enli və böyük
eynəklərə üstünlük verin.

Klassik oval üz quruluşuna malik kişilərin
bəxti daha çox gətirib. Bu üz quruluşuna bütün eynəklər gedir. Əsas o
dur ki, bu zaman eynəklər sizin üzünüzdən enli olmasın. Ən idealı yuxarı
çərçivə xətlərinin qaşlarınızla eyni səviyyədə olsun ki, ikinci xətt
görkəmi alınmasın.

 

Çərçivə

Ağ dəriyə malik
insanlar tünd rəngli çərçivələrdən yox, məhz daha açıq rəngli
çərçivələrə üstünlük verməlidirlər. Bu zaman onların üzü daha yumuşaq və
istiqanlı görkəmini alacaqdır.

Qarayanız kişilərə də tünd rənglərə
qaçmaq lazım deyildir. Əgər fikir vermisiniz isə bir çox eynək
dizaynerləri daha açıq və təravətli rənglərə üstünlük verirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!