Kişinin intim gigiyenası

Kişinin intim gigiyenası
Kişi dünyası
10.09.2017 23
Ətirli yalnız qadın dərisi yox kişi dərisi də olmalıdır. Düzgün intim gigiyena xəstəlik riskini azaldacaq, potensiyanı yaxşılaşdıracaq, qadınlar isə sizin "dostunuzla” daha tez tanış olmaq istəyəcəklər.

Əvvəllər bu məsələlər barəsində söz belə keçimirdirsə, müasir dövrdə intim gigiyena üçün müxtəlif vasitələr maqazin vitrinlərində boldur.

Kişi cinsi orqanının başı və ayaqlarının arası qadının intim yerlərindən daha həssasdır və gigiyena sizə bir çox xəstəliklərdən qorunmağa kömək olacaqdır. İntim gigiyenaya fikir vermək üçün vacib səbəblərdəndir məhz bu hal.

Sünnət bir çox mikroblardan qorunmaq üçün vacibdir. Lakin sünnətlə iş bitmir və gigiyenaya mütləq fikir vermək lazımdır. Kişiləri intim gigiyenadan uzaqlaşdıran əsasən düzgün vasitələrin seçilməməsidir. Düzgün seçilməyən gel və ya sabun qızartılara, qaşıntılara gətirib çıxarda bilər. Bunun üçün düzgün vasitələrin seçilməsi vacibdir. Bir neçə geldən istifadə etsəniz sizə daha uyğununu sonunda tapmış olacaqsınız.

Xəstəliklərdən qorunmaq üçün bir neçə effektiv və eyni zamanda sadə qaydalara əməl etmək lazımdır.

Gündəlik cinsi orqanının təmizlənməsi vacibdir. İdeal olardı ki, bu proses hər bir tualete gedişdə baş tutsun. Alt paltarınıza düşəcək sidik bir çox mikrobun çoxalmasına səbəb olur. Əgər su yoxdursa intim nəm kağız dəsmallarından istifadə edə bilərsiniz. cinsi orqanın başını hər tualetə gedəndə yuyulması vacibdir.

Alt paltara gəldikdə isə o, təbii materiallardan istehsal olunmuş olmalıdır. Alt paltarı cinsi orqanlarınızı sıxmamalı, onları gərgin saxlamamalıdır. Ən sağlamı və rahatı ailəvi tumanlardan istifadə etməkdir. Sintetik materiallardan olan alt paltarı yalnız ziyan vura bilər. Belə alt paltarı mikrofloranın çoxalmasına səbəb olur ki, bu da kişi sağlamlığına mənfi təsir göstərir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!