Kişilər cinsi belə geyinməyi məsləhət bilirlər

Kişilər cinsi belə geyinməyi məsləhət bilirlər
Kişi dünyası
10.09.2017 18
Cins nə qədər yaxşı olsa da, onu dəbli etmək sizin əlinizdədir. Lazım olan aşağıdakılara riayət etməkdir.

 

Vintaj

Denim
Therapy paltar təmiri üzrə ixtisaslaşan şirkətin banisi Frensis
Rabınoviç vintaj cinslərini dəbli hesab edir. Lakin o deyir ki, cinslər
qeyri-ənənəvi yerlərdə cırılıbsa bunu tikiş ilə örtmək olmaz, təzə cins
almaq daha məsləhətdir. Cinsi ənənəvi üsulla qurutsanız, vaxtından əvvəl
cırılmalardan sığortalanacaqsız.

 

Köynəyin uzunluğu

Qısa
köynəkdə güllələnmiş kimi görsənəcəksiniz. Uzun köynəkdə cinsin sizin
üzərinizdə necə yaxşı qaldığını gizlətmiş olacaqsınız. Macy’s direktoru
və stilisti Düran Quiyon deyir ki, üstdən atılan köynək cinsinizin arxa
ciblərinin görsənməsinə maneə törədir. Çıxış yolu bir dənədir, köynəyi
içəri salmaq lazımdır.

 

Ağ cins

Əgər siz
arıqsınız isə Quiyon sizə ağ cins geyinməyinizi məsləhət bilir. Beləki,
ağ rəng sizin arıq ayaqlarınızı canlı göstərəcək. Lakin ağ cins üzərinə
gözə çarpan rənglərdən köynəklər geyinməyin. Ən yaxşısı daha sadə rəngli
köynəklərdən istifadə etməyinizdir.

Ağ cins tez çirklənir. Bu zaman qum rəngli cins əldə edin. Çirk o qədər də gözə çarpan olmayacaqdır.

 

Yaxşı cins – əyinə oturulmuş cinsdir

Dizayner
və ТМ Levi’s marketoloqu olan Qreq Sato deyir ki, hər bir kəsin cinsi
dərzinin əlindən keçməlidir, nə olur olsun cins sizin ölçülərinizə və
boyunuza uyğunlaşdırılmalıdır.

Məsləhət: dərziyə verməmişdən öncə cinsi yuyun, pambıqdan olduqları üçün az dartınacaqlar.

 

Manjet

Ətəyinin
uzunömürlü olmasını istəyirsiniz isə səliqəli gəzin, ayaqlarınızı
sürütləməyin, bir-birinə sürtməyin. Bir digər üsül isə manjet
tikməyinizdir. Lakin manjet tikərkən ehtiyatlı olun çox qısa alınmasın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!