Məzuniyyətdə görkəminizi itirməmək üçün TOP-7 üsul

Məzuniyyətdə görkəminizi itirməmək üçün TOP-7 üsul
Kişi dünyası
10.09.2017 9
Məzuniyyət acımasızdır. Sizin bütün əziyyətləriniz suya düşürməklə
yanaşı, artıq çəkilər də bəxş edə bilər. Belə hallarla üzləşməmək üçün
aşağıdakı üsullarla tanış olun.

 

Qida

"Hər şey
daxil” sistemi ilə istirahətə gedilən zaman təqdim olunan bütün
nemətlərdən dadmamaq "günahdır”. Amma hər şeyi bir gündə yemək
məcburiyyətində deyilsiniz. Hər gün birinin dadına baxın, dözə
bilmirsiniz isə porsiaları azaldın. Əks halda piylənmə və xolesterindən
boyun qaçıra bilməyəcəksiniz.

 

Masaj

Düşünürsiz
ki, idmançılar keflərindən masaj elətdirirlər. Xeyir, masaj
tonuslaşdırıcı vasitə olaraq, əsəb sistemini stabilləşdirir, yorğunluğu
götürür, immun sistemi funksiyasını gücləndirir. Məşqdən öncə əla isitmə
prosesidir.

 

Trenajor

Hər bir elit otelin
trenajor zalı vardır. Gün ərzində 30-40 dəqiqə məşq sizə fit görkəminizi
saxlamağa kömək olacaqdır. İlk iki gün adaptasiya, uyğunlaşmaya
buraxın, üçüncü gündən məşq edə bilərsiniz.

 

Soyuq su

İsti,
trenajor, tərləmə sizin orqanizminizdə su balansını pozmamalıdır. Gün
ərzində 2 litr su içməlisiniz (şirələr bura aid deyil). Su nə qədər
soyuq olarsa, bir o qədər yaxşıdır. Soyuq su susuzluğu və aclıq hissini
aradan götürür. Orqanizm mədədə suyu qızdırmaq üçün kalori itirir.

 

Ayaqlarınızı işlədin

Dəniz
kənarında şezlonqda boş-boş uzanacağınıza, gəzərək yeni yerləri kəşf
edə bilərsiniz. Bunu əsasən axşam yeməyindən sonra etməyiniz
məsləhətlidir. Yediyiniz yağları yandırmaq lazımdır.

 

Aktiv istirahət

İstirahət
– günəşdə yanıb, kokteyl içib qızlara baxmaqdan ibarət deyildir. Buna
görə qalxın volleybol oyunlarına qoşulun, tennis kortlarında top
oynadın. Bədəniniz açılar, kalorilər gedər, baxarsız qızla da tanış
olarsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!