Kişi cazibədarlığı və maşın

Kişi cazibədarlığı və maşın
Kişi dünyası
10.09.2017 23
Şəxsi maşının olması sizlərə qadınlarla uğrunuza zəmanət verməsə də, sizin şansınızı artıra bilər.

Qadınların əksəriyyəti: Lexus, Mazda, Nissan, Audi və Volkswagen markalarına üstünlük verirlər. Qadınlar əsasən maşınların texniki göstəricilərinə deyil onların xarici görünüşlərinə fikir verirlər. Araşdırmaların nəticəsində məlum olub ki, böyük maşınlar (cip və s.) qadınların 30%nə cazibəli gəlir, onlar bu maşınları etibarlı hesab edirlər. Qadınların 20%ı Hammer-ə nifrət edirlər və böyük maşınları aqressiya ilə eyniləşdirirlər. Qadınların 40%ı qeyd ediblər ki, onlar "idman” maşınlarını seksual hesab edirlər. "İdman” maşınları adətən azlıq təşkil etdiyi üçün onların sahibi olan kişilər qadınlar arasında uğura bir addım öndə olurlar. Lakin sorğuda iştirak edən qadınların 1/3 ümumiyyətlə maşına fikir vermədiklərini açıqlayıblar.

Müasir dövrdə maşınların sayı çox olduğundan bəzi qadınlar onların individuallığına fikir verirlər. Misal üçün tüninq olunmuş maşınlar qadınlar arasında olduqca populyardır. Eyni zamanda araşdırma nəticəsində məlum olub ki, qadınların 10%ı maşın üzərində artıq cizgilərin olmasının əleyhinədirlər. Belə qadınlar bu tip maşın sahibi olan kişiləri balaca şıltağ oğlan uşaqları ilə eyniləşdirirlər.

Maşının rənginə sorğuda iştirak etmiş qadınların 80%ı fikir veridiyini deyib. Beləki, qadınlar daha çox təmiz rənglərə üstünlük verirlər: qara, ağ və qırmızı. Qalanları isə gümüşü, qızılı və sönük rənglərə üstünlük verdiklərini açıqlayıblar. 20% qadın isə ümumiyyətli maşının hansı rəngdə olması ilə maraqlanmadıqlarını açıqlayıblar, onlar üçün əsas kişinin şəxsi xüsusiyyətləridir.

Əsəbləşdirən hallar: yüksək musiqi səsi, eybəcər siqnallar, açıq pəncərələr, müxtəlif asılqanlar, təkərlərin qeyri-ənənəvi səsi.

Qara şüşələr gözəllik versə də, fikir ayrılığı vardır. Bir tərəfdən gözəl olsa da, bir tərəfdən də maşının sürücüsünü görmək mümkün olmur. Salona gəldikdə mütləq xoşagələn ətirli olmalıdır. Kondisionerin və rahat oturacaqların olması olduqca müsbət haldır.

Qadınlar bir səslə qeyd ediblər ki, əsas maşının təmizliyidir. Təmiz və parıldayan maşın gözdən qaçmır. Fikir yaranır ki, əgər kişi maşınına diqqət yetirirsə, ozü də olduqca yaraşıqlı və baxımlı olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!