Kişi şortları: necə seçmək, necə geyinmək və nə vaxt geyinmək?

Kişi şortları: necə seçmək, necə geyinmək və nə vaxt geyinmək?
Kişi dünyası
10.09.2017 4
Kişi şortları həmişə mübahisələrə səbəb olmuşdur. Abır-həya məsələləri
həmişə önə çıxa bilmişdirlər. Belə alınıb ki, şortları ancaq uşaqlar
geyinə bilər fikri yaranmışdır. Yetkin yaşına çatmış gənclər şalvar
geyinməli. Artıq yaşı 30-u keçən kişilər isə şortu yalnız təbiətdə,
idmanda geyinə bilərlər. Yalnız artıq 2013-cü ildən etibarən dünya
dəbində kişi şortları geniş miqyaslı yerə sahib olmağa başlamışdır.

Baxmayaraq
ki, dünya dizaynerləri şortları daha tez-tez öz kolleksiyalarına daxil
edirlər, şortların istifadəsində bəzi qaydalara riayət etmək lazımdır.
Beləki, əgər siz təlxəyə oxşamaq istəmirsiniz isə aşağıdakı məsləhətlərə
nəzər yetirməlisiniz:

 

Şortu klassik köynəklə geyinmək olmaz

Şortla
klassik köynək bir yerdə geyinilməz. Əgər gedəcəyiniz tədbir klassik
köynək tələb edəcək qədər ciddidirsə, şalvar geyinsəniz daha yaxşı olar.

 

Dizdən yuxarı şort geyinməyin


Bugün
şort yalnız bağda və ya futbol oynayanda geyinməkdən ibarət deyildir.
İş yoldaşları ilə görüş, şəhərdə gəzinti də şort geyinməyə səbəb ola
bilər. Lakin unutmayın ki, onları uzunluğu az da olsa dizinizin üstünü
örtməlidir. Daha qısa şort yalnız çimərlik volleybolu üçün yarayır. Çox
uzun da qısa şalvarı xatırlatdığı üçün yaxşı görünmür. Klassik şort
uzunluğu diz qapağından 5-7 sm yuxarı.

 

Şortu corablarla geyinməyin

Yox,
əgər idman şortlarından və ya ketdən istifadə edirsiniz isə corab
geyinə bilərsiniz. Yox əgər şortla vyetnamka və ya makasin geyinirsiniz
isə corabın yeri yoxdur.

 

Şəhərdə şort geyinmək
get-gedə adətə çevrilmişdir. Bugün şort geyinmiş kişilər artıq gülünc
deyil. Lakin bəzi qaydaları öyrənmək və bilmək lazımdır. Hansı şortları
hara geyinmək lazımdır?

Şortların bir neçə növü vardır:

1. Klassik şalvarın qısa növü – klassik şortlar. Tarixi adları "bermudlar”.

2. Cins və ya çinos şalvarın qısa növü – "casual”

3. Digər bütün idman şortları – "idman”.

Hansı şortu nə vaxt geyinmək lazımdır? Bunu təyin etməyə çalışaq.

 

Şort geyiniləsi yerlər:

1.
Ofis. Və mütləq deyil ki, siz jurnalist, dizayner, fotoqraf və s.
yaradıcı peşələrin sahibi olasınız. Adi peşə sahibləri də klassik və
casual şortlardan istifadə edə bilərlər.

2. Park — klassik, casual.

3. Çimərlik, hovuz — idman.

4. İdman meydançası, trenajor zalı — idman.

5. Bar — klassik, casual.

6. Klub — klassik, casual.

7. Kafe — klassik, casual.

8. Kinoteatr — klassik, casual.

9. Dress-kod olmayan digər əyləncə yerləri — klassik, casual.

 

Şort geyinməməli yerlər

1. Teatr, klassik musiqi konserti.

2. Rəsmi dəvətlərin keçirildiyi yerlərə (təltifetmə mərasimləri və s.).

3. Qəbirüstünə. Bayırda 50 dərəcə isti belə olsa, qəbirüstünə şortda gəlmək ayıbdı.

4.
İş görüşməsinə. Sizinlə iş görmək istəyən sizin xarici görünüşünüzə
mütləq nəzər yetirəcək və sizi qeyri-ciddi qəbul edə bilər.

5. Bahalı restoranlar. Əgər bayırda dözülməz isti varsa bu zaman daha nazik kətandan şalvar seçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!