Atalar üçün...

Atalar üçün...
Kişi dünyası
10.09.2017 10
1.
Sizin xanımınız zahı qadın, körpəniz isə yenicə dünyaya doğulmuşdur.
Həyatınızın bu çətin və təsirli dövründə onlar biri-biri üçün
yaşayırlar. Bu qəribə simbioz Allah tərəfindən yaradılmışdır.
Qısqanclıq- özünü "kölgədə” hiss edən cavan ata üçün normal hissdir. Bu
hissi düzgün tərəfə istiqamətləndirmək lazımdır! Nənələrə imkan verməyin
ki, sizi körpədən uzaqlaşdırsınlar, xanımınıza isə yumşaqcasına
bildirin ki, sizin üçün ən mühüm iki insanın həyatına şərik olmaq
istəyirsiniz. 



2.
Xüsusən yeni doğmuş ananın heç nə ilə əvəz olunmayan Sizin dəstəyinizə
böyük ehtiyacı vardır. Çox yorulmağınıza və ya güclü stress
keçirməyinizə baxmayaraq, ona dəstək olmaqdan çəkinməyin. Yatağına
gətirdiyiniz bir stəkan çayı və dediyiniz xoş bir sözü o ömürlük yadda
saxlayacaq və bu evliliyinizin əsas fundament daşı olacaqdır. 



3.
Doğuşdan sonra ilk həftələrin həyat yoldaşınıza sizin üçün vəziyyətin
nə qədər ağır olduğunu bildirmək üçün heç uyğun olan bir zaman deyil.
Daha yaxşı olardi ki, hiss və narahatlıqlarınızı artıq uşaq sahibi olan
dostlarınızla müzakirə edəsiniz. Sizi dostunuz doğuşdan sonra yorğun və
zəif olan xanımınızdan daha yaxşı anlayar. Baxmayaraq ki, qadınlar
kənardan sanki ömrüboyu ana olduqları kimi görünsələr də, kişilərə
yeni-ata roluna alışmaları çətin olduğu qədər qadınlara da çətin olur.
Unutmayın- onların da həyatı həmişəlik dəyişilibdir. 



4.
Əgər xanımınız uşağı əmizdirirsə, bu o demək deyil ki, siz uşaqla
ünsiyyət yarada bilməzsiniz. Əmizdirmə prosesindən əlavə uşaqla ünsiyyət
yaratmağın və onun həyatında vacib insan olmağın min yolu var. İlk
günlərdən ata uşağını çimizdirə və ya bələyə bilər. Əgər belə "ekstrim”
sizin üçün deyilsə, onda uşağı gəzintiyə çıxara bilərsiniz, qucağınızda
gəzdirib onunla söhbət edə bilərsiniz ki, bu müddəti yeni ana bir az
özünə sərf edə bilsin. Köməyinizi təklif edin, lakin etiraz olunduqda
inciməyin (təbiətdə erkəklərin balalarına baxmaq qabiliyyəti yoxdur,
xanımınızın bu "genetik yaddaşı” onu bu mərhələdə aldada bilər). Bir
neçə gün və ya həftədən sonra hormonlar qaydasına düşdükdə ana bu
qayğıları sevimli yoldaşı ilə bölüşməkdən yalnız məmnun olacaq. 



5.
Bilin ki, körpəyə sizin səs tanışdır, ana bətnində 9 ay o sizin
səsinizi eşidib. Körpə sizin ürək döyüntülərinizi hiss edərək və ya
çiyninizə başını qoyaraq sakitləşə bilər. Sərbəst olun, axı siz onun
atasısınız! Siz onu sakitləşdirə və ozundə əminlik hissi yarada
bilərsiniz. 



6.
Körpəsini əmizdirən ana bəzən özündə əminsizlik hiss edə bilər: ana
fikirləşə bilər ki, südü körpəsi üçün kifayət etmir. Ən yaxşı dəstək
sizin ona və onun analıq keyfiyyətlərinə inamınızdır. Xanımınızın zəif
və çətin anlarında ona dayaq olun! O sizin səylərinizi indi olmasa da
sonralar qiymətləndirəcək. 



7.
"Əgər sənə çətindirsə ona süni qida ver!” Bu ifadə çətinliklə üzləşmiş
ana üçün ən pis dəstək formasıdır. Əgər o zəiflik göstərib əmizdirməni
dayandırsa, onun vacibliyini bilməyinə baxmayaraq özünü uğursuz hesab
edəcəkdir. Bundan başqa o yadda saxlayacaq ki, məhz Siz ona inanmadınız
və "məğlub” olmağı məhz Siz məsləhət gördünüz. Qərarının düzgün olmasını
bildirsə də şüuraltı səhv olmaq hissi ömru boyu onunla qala bilər. 



8.
"Bəlkə bir gün daha əmizdirəsən? Yalnız sabaha qədər!”- yoldaşımın bu
sözlərini indiyə qədər minnətdarlıq hissi ilə xatırlayıram. İlk
uşağımızı əmizdirmək üçün mübarizə aparanda o hər gün bu sözləri
təkrarlayırdı. Çətin və ağrılı dövr keçirən əmizdirən anaya bundan yaxşı
dəstək olmağın başqa yolunu bilmirəm.Əmizdirmə ilə problem olduqda onun
həlli yolları axtarılmalı, əmizdirmə məsləhətçisi dəvət olunmalıdır.
Adətən məsləhətçi xidməti pulludur, ancaq suni qidalar da pulsuz
paylanmır. Əmizdirmə və onun bərpası haqda internet və ya kitablardan
məlumat əldə edin. Bunlar xanımınızda özünə əminlik yaradacaqdır.
Anlamaq lazımdır ki, siz öz imkanlarınız daxilində hər şeyi körpənizin
ən yaxşısını- ana südü qəbul etməyi üçün edirsiniz.Valideynlərin əsas
məqsədi bu deyilmi?! 



9.
Əmizdirən ananın, xüsusilə də yenicə körpə dünyaya gətiribsə, yaxşı
qidalanma və bol mayeyə, həmçinin istirahətə ehtiyacı var. Əgər o
ehtiyaclarını ödəyə bilmirsə, özünü yaxşı hiss etməyəcək və nəticədə
qıcıqlanmış və əsəbi olacaqdır. Bunları növbəti dəfə "xırdalıqlara görə
mübahisə edəndə” yadınıza salın. Əmin ola bilərsiniz ki, siz tərəfdən
hazırlanmış nahar, bir stəkan isti çay və körpəsiz yarım saat ailənizə
sakitlik və hormoniya gətirəcək. 



10.
6-cı həftədən başlayaraq əksər körpələr bir saat və ya saat yarım
qidasız yaşaya bilirlər. Xanımınıza yarım saat rəfiqəsilə kafedə
oturmağa və ya körpəsiz mağazalara gəzməyə icazə verin. Və siz tam
əminliklə "ilin atası” adlandırıla bilərsiniz. Hər ehtimala qarşı
xanımınızdan sağılmış süd saxlamağı xahiş edin. 



Müəllif: Nadya Ayznerскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!