Köklük kişilərin ata olmaq şansını azaldır

Köklük kişilərin ata olmaq şansını azaldır
Kişi dünyası
10.09.2017 2
Danimarkada
aparılan araşdırmada kişilərdə çəki probleminin spermalara təsir etdiyi
məlum olub. Kopenhagen Universitetinin alimləri kök kişilərlə bağlı
araşdırma aparıb.

 

Aparılan bu tədqiqatda kişinin artıq çəkisinin spermaların sayına təsir etdiyi məlum olub.

 

Araşdırmada
piylənmədən əziyyət çəkən 6 kişi iştirak edib və əməliyyat olunub. Daha
sonra müalicədən əvvəl və əməliyyatdan bir həftə sonra, o cümlədən, bir
il keçəndən sonra kişilərin spermaları təhlil edilib. Araşdırma rəhbəri
həkim Romen Barres əməliyyatdan bir həftə sonra və bir il keçdikdən
sonra spermalarda dəyişikliklər olduğunu deyib: "Arıq və kök kişilərin
sperma hüceyrələrində fərqli epigenetik izlər var və bunlar genlərin
davranışlarına təsir edir. Ata piylənmədən əziyyət çəkirsə, uşaqlarının
da köklüyə meylli olma ehtimalı yaranır. Piylənmə kişinin ata olmaq
şansını da aşağı salır”.

 

Barresin
sözlərinə görə, son dövrlərdə xəstəliklərin çoxunun əsas səbəbi
piylənmədir: "Yüz illər əvvəl enerji yığmaq, infeksiyalara və aclıqlara
qarşı müqavimət göstərmək üçün köklük bir üstünlük idi. İndi isə kök
olmağın heç bir üstünlüyü qalmayıb”.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!