Kişinin üzündə sızanaqlar

Kişinin üzündə sızanaqlar
Kişi dünyası
10.09.2017 13
Kişinin üz dərisi, qadınlarda olduğu kimi sızanaqlar, səpkilər ilə
üzləşə bilir. Bu xoşaglməz görkımdın sığortalanmaq olduqca çətindir.
Lakin sızanaqların yaranma səbəblərini bilsəniz onlarla mübarizə aparmaq
heç də çətin olmayacaqdır. Hətta bilməlisiniz ki, sızanaqlar heçnədən
yaranmır və üzün hansı hissəsində olmasından asılı olaraq, müxtəlif
səbəb daşıyırlar.

Kişinin üzündə sızanaqların yaranma səbəbi

 

İlk öncə maraqlı statistika və informasiya.

Sızanaqlar
– dəridəki piy vəzilərinin disfunksiyalılığıdır. Adətən sızanaqlar
gənclərdə cinsi inkişaf zamanı yaranır və üzlərində, sinə və
kürəklərində öz yerlərini alırlar – 14-19 yaş. Qeyd edək ki, bu
problemlər kişilərdə məhz bu yaşlarda yaranır. Sızanaqlar gənc qız və
oğlanların 30-40%də olur. Yaşa dolduqca sızanaqların əhatə dairəsi
kiçilir. Beləki, 20-25 yaşlarında qadınların 20%, kişilərin 5%ində
sızanaqlara rast gəlinirsə, artıq 40 yaşlarında qadınların 5%, kişilərin
isə 1%ində sızanaqlara rast gəlmək olar.

İndi isə daha ətraflı.

 

Alında sızanaqlar

Səpki
və sızanaqlar alında məhz üzün bu hissəsində tər və piy vəzilərinin çox
olmasından irəli gəlir. Məhz üz dərisində piy vəziləri çox olduğu zaman
insanın alnı parıltılı effekt verir. Həmçinin alında olan səpkilər mədə
və mədəaltı vəzinin disfunksiyası nəticəsində yarana bilər.

Dodaq nahiyəsində sızanaqlar

Dodaq
nahiyəsində sızanaqlar herpes ilə yanaşı, həzm yolunda olan
disfunksiyalar ilə də bağlı ola bilər. Beləliklə, əgər sizin son
zamanlar mədəniz ağrıyır, bağırsaqlarınızda problemlər müşahidə
edirsiniz isə və üstəlik dodaq nahiyənizdə səpkilər varsa mütləq həkimə
müraciət edin. Üstəlik vitaminli qidaları artırın və daha az əsəbləşin.

 

Burunda sızanaqlar

Burun
üzərində sızanaqlar adətən üz dərisi yağlı olan kişilərdə olur.
Həmçinin orqanizmdə cüzi bir nasazlıq buna səbəb ola bilər. Daha az
əsəbləşməli və normada yatmaq lazımdır.

Qeyd edək ki, kişilərin
üzündə sızanaqlar saç follikulun iltihabı nəticəsində də yarana bilər.
İş ondadır ki, üz qırxılan zaman kiçik yaralar yaranır ki, onlara
bakteriyalar düşür və iltihaba səbəb olurlar.

 

Kişinin üzündə sızanaqlar həmçinin digər səbəblərdən yarana bilər:

– piy vəzilərinin irsi iltihab. Sizə yalnız gündəlik üz dərisinə qulluq kömək ola bilər;


həzm yolunun xəstəliyi – disbakterioz, qastrit, öddə daş. Bu halda
pəhriz saxlamalı, yağlı və qızardılmış yeməklərdən uzaq durmalı,
şokolad, kofe və qazlı su qəbul etməməlisiniz;

– uzun müddət günəşin
altında olmaq. Gündə yanma sızanaqları və onların yerlərini görünməz
etsə də, sayını azaltmır. Ultrabənövşəyi şualar piy vəzilərinin
iltihabını artırır. Üstəlik bu şualar dərininin müdafiə xüsusiyyətini
azaldır ki, bakteriyaların çoxalması prosesi güclənir;

– düzgün
olmayan üz dərisinə qulluq. Uzünüzü yalnız səhərlər yox, ən azı gündə
iki dəfə xüsusi vasitələrlə yumalısınız. Xüsusəndə əgər sizin üzünüz
yağlı dərilərə aiddir isə. Həftdədə bir dəfə pilinq edilməli və üz
kremlərindən istifadə edilməlidir;

– əsəbilik, orqanizm yorulması, depressiya da piy vəzilərinin disfunksiyasına səbəb ola bilir;

– dərialtı gənə;

– anabolik steroidlərin qəbulu;

– üz qırxılandan sonra qızartılar.

Kişinin üzündə sızanaqlar: nə edilməli

Sızanaqların
müalicəsinə kompleks şəkildə yanaşmaq lazımdır. Bunun üçün sağlam həyat
tərzi olmalı, dərinizə kömək edəcək düzgün kosmetik vasitələrdən
istifadə olunmalıdır.

Beləliklə, sızanaqların kompleks müalicəsi aşağıdakılardan ibarətdir:

* Dəriyə gündəlik düzgün qulluq.

* Pəhriz – şirin, yağlı və hisə verilmiş qidalardan uzaq durmaq.

* Follikulit zamanı ölçü götürmək.

Hər birini ayrılıqda nəzərdən keçirək.

Üz dərisinə qulluq

Üz
yumaq. Normal kişi gündə ən azı üzünü yuyur, bu zaman o, neytral PH
tərkibli vasitələrdən istifadə edir. Üz dərisinin qurumamasını və
qızartının yaramamamsını istəyirsiniz isə üzünüzü sabunla yumayın.

Təmizləmə –
üz dərisinin pilinqi. Köhnəlmiş hüceyrələri götürərək üz dərisini
yeniləmiş olursunuz və daha cavan görkəm əldə edirsiniz. Pilinq üçün
marketlrədə satılan skrablardan istifadə edə bilərsiniz. Həmçinin özünüz
evdə hazırlaya bilərsiniz. Bunun üçün xırdalanmış kofeni üz yuma
vasitəsi ilə qarışdırın, üzünüzü masaj edərək yuyun.

Tonikdən
istifadə. Tonik yağlı parıltını götürür, dəri məsamələrini kiçildir,
sızanaqların yaranmasının qarşısını alır. Toniki marketlərdən əldə etmək
imkanınız qədər, evdə özünüz də edə bilərsiniz. Bunun üçün bir neçə
xiyarı sürtkəcdən keçirib suyunu sıxmalısınız. Tonik seçərkən onun
iltihaba və bakteriyalara qarşı olmağına diqqət yetirin. Üstəlik tonikin
tərkibində spirtin miqdarının az olmasına diqqət yetirin.

Dərinin
nəmləndirilməsi – sağlam üz dərisi üçün mütləqdir. Bu səbəbdən özünüzə
yaxşı və uyğun nəmləndirici krem seçin. Sızanaqlara qarşı olan kremlərin
tərkibinə dərman preparatlarından maddələr, sink və vitaminlər
daxildir. Kremi ən sonda, bütün yuxarıdakı proseslərdən sonra üzünüzə
çəkməlisiniz.

Sızanaqlara qarşı pəhriz

Üz dərisinə qulluqla yanaşı
orqanizminizin daxildən də sağlam olması vacibdir. Mütləq şəkildə
yetərincə istirahət edin, ən azı 8 saat yatın, vitaminli qidalarla
qidalanın, əsəbləşməməyə çalışın. Siqaret və spirtli içkiləri minimuma
endirmək lazımdır.

Üz qırxandan sonra qızartını aradan qaldırırıq

Üz qırxandan sonra sızanaqların yaranmasını minimuma endirmək üçün aşağıdakı məsləhətlərə nəzər yetirin:

– çalışın üzünüzü yalnız duş qəbul etdikdən sonra qırxasınız, bu zaman üzünüz yetərincə yumuşalmış olur;


üz qırxanı tüklərinin bitmə istiqamətində hərəkət elətdirin, tərsinə
yox. Bu tük hissəciklərinin açıq məsamələrə düşməsinin qarşısını və yeni
tüklərin kök salmasının qarşısını alacaq;

– üz qırxanlarıvızı daimi olaraq yeniləyin;

– prosedurdan sonra losyon və sakitləşdirici kremlərdən istifadı edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!