Polo köynəkləri: qısaqol dəbi

Polo köynəkləri: qısaqol dəbi
Kişi dünyası
10.09.2017 7
Qısaqol köynəyə ən birinci alternativ, sözsüz polo köynəklərdir. Məşhur tennisçi, sonradan Lacoste brendinin banisi Rene Lakost polo ideyasını ingilislərin polo oyunlarına çıxdıqları qısaqol köynəklərdən götürüb.

1926 ildə pike parçasından Rene Lakost özünə ilk polo-köynək tikmişdir. Elə o zaman onun qoyduqları bəzi standartlara bu gündə bir çox istehsalçılar riayət edirlər:

– köynəyin yuxarı hissəsində 2-3 düymə

– günəşdən qorunmaq üçün qaldıra bildiyiniz yumuşaq yaxalıq

– bitsepsin ortasına qədər qısaqol

Lacoste köynəklərinin arxa hissə ön hissədən daha uzun olmuş və oyun zamanı şortdan çıxmırdı. Amerika jurnalistləri Rene Lakosteni zarafatça timsah adlandırırdılar. 1933-cü ildə timsah artıq Lacoste markasının rəsmi logotipi idi.

Pike parçası təsadüfi seçilməmişdir. O, havanı yaxşı buraxır, nəmi özünə çəkir, üstəlik davamlı və xüsusi qulluq tələb etməyəndir. Həmçinin pike parçası pambıq parçalardan fərqli olaraq əzilmir ki, idmançılara bu çox sərf edirdi.

Marka dizaynerləri sonrada polo köynəklərinin hər bir şeylə getdiyini (istər şort, istər klassik şalvar, istər cins, istər pencək) görərək, polo köynəklərini gündəlik geyim kimi bazara çıxartmışdırlar. Bu köynəklər tez bir zamanda tennisdən başı belə çıxmayan kişilərin qarderobuna daxil olmuşdur.

Zamanla polo köynəklərini istənilən zövqə uyğun, istənilən rəngdə və istənilən qiymətə istehsal etməyə başlamışdırlar.

XX əsrin ikinci yarısında britaniyalı tennisçi Fred Perri polo köynəklərinin inkişafına təkan vermiş. O yaxalıq və qol manjetlərini kontrast xətli etmiş və manjetləri rezin materialdan etməyi məsləhət görmüşdü. Məqsəd bitsepslərin daha görkəmli görükməsi idi.

Klassik polo köynəklər saya olub, lakin dama və xətli modellər də mövcuddur. Üstəlik bu köynəklərin qısaqol köynəklərə nisbətən üstünlüyü daha asan uyğununu tapmaqdır.

Ötən əsrin 60-cı illərində amerikalı Ralf Loren özünəməxsus inqilab etmiş və 24 rəng sxemindən ibarət polo-köynəklərinin kolleksiyasını hazırlamışdır. Ralph Lauren firmasının loqotipi polo oyunçusudur.

Deyilən kimi polo köynəkləri istənilən geyimlə uyğunlaşır. Polo köynəklərin uzunluğu bel xətti səviyyəsində olduğu üçün onu şalvarın içinə salmağa ehtiyac yoxdur, salsanız belə öz görkəmini itirməyəcəkdir.

Polo köynəklərinin ən məşhur istehsalçıları: Lacoste,Burberry, Ben Sherman, French Connection, Fred Perry, Lambretta, Marks & Spencer və sair.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!