Əsl kişi kimi görünmək

Əsl kişi kimi görünmək
Kişi dünyası
10.09.2017 17
Küçələrdə
arıq, yarıcanlı kişilərin peydə olunma anını bizlər buraxmışıq. Artıq
əsl kişinin necə olmalı olduğunu dünyaya xatırlatmaq lazımdır.

İndiki
kişilər dar cins geyinir, qamətlərini saxlamırlar və ümumiyyətlə qəribə
geyinirlər. Bizlər dəbə qarşı deyilik, lakin yalnız başqalarından
fərqlənmək uğrunda təlxəyə oxşamaq da lazım deyil. Onlar atalarının
puluna və ya kreditə smartfonlar alırlar və dərin daxili dünyalarının
olduqlarını düşünərək, başqalarına yuxarıdan baxırlar. Lakin əsl kişinin
necə olmalı olduğunu yada salmağın vaxtıdır.

 

1. Kişi güclüdür. O,
mənəvi və fiziki güclüdür. Onun əzələləri görsənir və daim idmanla
məşğul olur. O zarımır, şikayət etmir və təslim olmur. O söhbətlərdən
qaçmır, lakin onları yaratmır da.

2. Kişi qadına oxşamır. Özü
də bütün mənalarda. O zahirən və hərəkətləri ilə qadını
xatırlatmamalıdır. Artıq arxadan baxanda qabaqda əsl kişinin getdiyi
bəlli olmalıdır. O pirsinqlərdən və tatulardan uzaqdır. Qadına oxşamaq
və frik olmaq kişiliydən deyil.

3. Əsl kişidən ibrət götürürlər. Yetişən
nəsilə kişinin necə olmalı olduğunu öyrətmək lazım deyil. Gənclər böyük
nəsildən ibrət götürür. Onlar sizin olduğunuz kimi olacaqlar. Məhlədəki
uşaqlar sizlərə baxıb ibrət götürəcəklər. Biri küçələrdə içib yatsa da,
siz onların gözündə idol olmalısınız.

4. Kişinin məqsəd və planları olmalıdır. Başqalarının
hesabına onlar yaşamır. Kişi öz yolunu cızır və özü özünü təmin edir.
Onun boş şeylərə vaxtı yoxdur. Kişi diqqətini gücdə, pulda və ailədə
cəmləyir. Zəif xasiyyətli kişi olmur.

5. Kişi münasibətlərdə lider olur. O
passiv deyil və söhbətə ilk özü başlayır, sevgini ilk özü etiraf edir,
ilk evlənmək təklifi də məhz ondan gəlir. Əsl kişi münasibətlərdə
cavabdehliyi öz boynuna götürür.

6. Kişi həyatını qaydasında saxlayır. Evdə və iş masasında xaos olduqca uğur əldə etmək çətin olur. Öz ərazinizin sahibi olun.

7. Kişi bərkdir. Əsl
kişi dediyi sözlərə və etdiyi hərəkətlərə görə məsuliyyət daşıyır. O
sözünün üstündə durur. Əsl kişi edə bilməyəcək bir şeyləri vəd etmir.
Qeybət ondan uzaqdır və sirri yaxşı saxlayır. Qeybət yalnız qadınlara
məxsusdur.

8. Kişinin kişi dostları vardır. O,
digər kişilərə hörmətlə yanaşır, əlbəttə onlar buna layiqdirlərsə. Kişi
kişi birliyinin prinsiplərini başa düşür. O, dostlarına bütün
məsələlərdə kömək etməyə hazır olur.

9. Əsl kişi ailəsinin qədrini
bilir. O, böyüklərə hörmət edir, kiçikləri müdafiə edir. Əsl kişi ailə
qurmaqdan qorxmur. Ailə – kişinin köküdür.

10. Kişi ölməkdən qorxmur. Əsl
kişi davada canı üçün əsmir, kiçik bir soyuqdəymə olan kimi dərmanların
üstünə hücum etmir. Kişi başa düşür ki, həyat anlardan ibarətdir. Kişi
bilir ki, bir gün o olmayacaq və planlarını reallaşdırmağa çalışır.

Əsl kişi kimi görünmək? Dünyanın yadına salmaq lazımdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!