Kişi portmonesi: lazımsızları qırağa qoyun

Kişi portmonesi: lazımsızları qırağa qoyun
Kişi dünyası
10.09.2017 4
Cibinizdən portmonenizi çıxardın: yeyilmiş künclər, əzilmiş çeklər,
xırda pullar, vizitkalar, təqvim. Əsası da portmone bağlanmır və cibdə
olarkən qabarıq qalır.

Kişi portmonesi funksional və baxımlı olmalıdır və onun içində yalnız lazım olan dəyərli şeylər saxlanılmalıdır.

Nağd
pullar: kredit kartlarının sürətlə yayılmasına baxmayaraq, nağd pul
hələ də aktualdır və portmonedə mütləq şəkildə olmalıdır. Lakin bütün
maaşınızı portmonedə daşımalı deyilsiniz, bir iki müxtəlif dəyərli
əskinaz olsa yetərlidir.

Şəxsiyyət vəsiqəsi: ölkədə komendant saatı
olmasa da, şəxsiyyət vəsiqəsi hər an lazım ola bilər. Belə bir halda
problem yaranmasın deyə şəxsiyyətinizi təsdiqləyən istənilən vəsiqəni
portmonenizdə daşımağın mənası vardır.  Üstəlik əgər portmonenizi
itirsəniz, xeyirxah insanlar sizi daha tez tapacaqlardır.

Kredit
kartları: biz əminik ki, sizin bir neçə kredit kartınız var. Lakin
onların hamısını üstünüzdə gəzdirməyin mənası yoxdur. Bir-iki kart
kifayətdir. Üstəlik əgər portmonezi oğurlasalar kartların yarısını
qorumuş olacaqsınız. Bir şeyi də unutmayın, kodu kartın üstünə yazmaq
olmaz!



Vizit kartlar: bilmirik niyə, lakin bir çox kişilər portmoneni
vizit kartı çantası ilə səhv salırlar. Portmonenizdə 3-5 vizitkadan
artıq vizitka saxlamayın.

Yaxınlarınızın şəkilləri: sevimli yoldaşınızın və övladınızın kiçik bir şəkli yaxşı motivasiya ola bilər.

Sığorta
kartı : bədbəxt hadisələrdən heç kəs sığortalanmayım. Lakin sığorta
kartınızı üstünüzdə daşımağa məcbur deyilsiniz onun nömrəsi və şəxsiyyət
vəsiqəsi sizə bütün klinikalarda kömək ola bilər.  Əsasən həkimin
ziyarəti planlaşdırılmış olur, bu səbəbdən kartın nömrəsini yadda
saxlayın, özünü isə evdən lazım olanda götürün.

Prezervativ: must
have kişi portmonesində yalnız ondan istifadə etməyi düşünürsünüz isə,
əks halda portmonedə qalmış prezervativ zədələnə bilər ən yaxşısı
gödəkçədə və ya maşında saxlanılmasıdır.

Qəpik: kişi portmonesi
qəpiklərsiz daha da yüngülləşəcək. Qəpiklərinizi evdə bankaya yığın.
Qəpik üçün yerləri olmayan portmonelər var ki, olduqca dəbli və
praktikdirlər.

Çeklər: maqazindən çıxanda çeki torbaya atın.  Kommunal xidmət çekini evdə saxlamaq olar lakin maqazin çeklərini ata bilərsiniz.

Qeydlər: bütün qeydlərinizi mobil telefonda edin. Kağızda edəcəyiniz qeydlər bir gün portmonenizdən itəcək.

 

Kişi portmoneləri: növləri

Hansı
portmoneni seçmək sizin şəxsi işinizdir. Lakin portmonenizdən artıqları
atdıqdan sonra portmonelərin növləri sizə maraqlı olacaqdır.

 

Klassik

Klassik portmone eleqant və etibarlıdır. Burada adətən kart, nağd pul, qəpik, şəkil və sürücülük vəsiqəsi üçün yerlər vardır.

 

İdman üslubu

Əsasən
idman üslublu portmonelər sintetikadan və parlaq rəngli olurlar. Bu
portmonelər islanmır və çoxlu cibləri vardır. Lakin iş görüşməsi zamanı
sizə uyğun deyil.

 

Super Slim

Bir neçə kart və
əskinaz üçün nəzərdə tutulan eleqant və nazik portmone. O cibinizdə
qabarmayacaq və rəsmi görüşlərdə sizin yol yoldaşınız olacaq.

 

Uzaq yol üçün

Uzaq
yol üçün nəzərdə tutulan portmonelərdə pasport və biletlər üçün ciblər
olur. Çoxlu cibləri ilə uzaq yolda əvəzsiz tərəfdaşdır.

 

Telefon üzlüyündə portmone

Əgər
siz telefonunuzu üzlüyün içində istifadə edirsiniz isə bu tam sizə
görədir. Üstəlik belə portmonelər olduqca səliqəli olurlar.

 

Alternativlər

Alternativ
üçün əskinaz zajımlarını qeyd etmək olar. Onlar böyük mağazalarda
satılırlar və portmonedən daha ucuzdurlar. Əskinazla birgə zajım bütün
geyimlərdə asanlaqlı cibinizə yerləşəcək.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!