Kişilərdə saç tökülmələri və saç maskaları

Kişilərdə saç tökülmələri və saç maskaları
Kişi dünyası
10.09.2017 16
Qadınlarda olduğu kimi kişilərin də saçları ilə çoxlu problemləri olur.
Kişiləri əlbəttə ən çox narahat edən məsələ saçlarının tökülməsidir. Bu
yazımızda sizlərə saçların tökülmə səbəblərindən və buna qarşı
maskalardan söz açacayıq.

Kişilərdə saç tökülməsinin əsas səbəblərindən biri genetikadır.

Saç
tökülmələrində ən çox rastlanan hal bunun genetik olmasıdır. Beləki,
əsas səbəb kişi cinsi hormonlarının səviyyəsinin yüksək olmasıdır. Bu
halda yalnız sizə mütəxəssis kömək edə bilər. Heç bir ev maskaları sizə
kömək olmayacaq, zamanınızı və saçlarınızı itirməyə dəyməz.

Digər bir səbəb siqaretdir.

Bu
asıllıq orqanizmdə maddələr mübadiləsini pozur, vitamin və
qidalandırıcı maddələrin orqanizmdə həll olunmasının qarşısını alır.

Stres və əsəb həmçinin saç tökülmələrinə səbəb ola bilər.

Müasir
həyatın gərgin ritmi kişilərin boynuna çoxlu məsuliyyət qoyur. Çalışın
vaxtında istirahətinizi edəsiniz və unutmayın ki, keçirilmiş stres
nəticəsində saçlarınız bir neçə ay tökülə bilər.

Maskalar.

 

Saç tökülməsinə qarşı maska:

*
Saçlarınızı qidalandırmaq və möhkəmləndirmək üçün gənəgərçək yağı, A və
E vitmanilərinin qarışımından hazırlnamış maskadan istifadə edin.
Hazırlanmış yağ qarışımı başınızın dərisinə yediridin. 40 dəqiqədən
sonra şampun və ilıq su ilə yuyun.

* Saçlarınızın tökülməməsi üçün
sizə cökə ağacı (липа) kömək olacaq. 8 xörək qaşığı cökə ağacı gülünü
0,5 litr suda 20 dəqiqə qaynatdıqdan sonra gözləyin. Həmin su ilə
saçlarınızı bir ay ərzində yaxalayın. Əgər nəticə müsbətdirsə tökülmənin
qarşısı alınanadək davam edin.

 

Zəif saçlar üçün maska:

Kişi
saçını ən yaxşı möhkəmləndirəcək vasitə soğan şirəsidir. Üç xörək
qaşığı soğan suyunu saçınıza həftədə 1-2 dəfə sürtün və dəsmalla
başınızı bağlayın. Normal saçlar üçün 2 saat, quru saçları üçün 1 saat,
yağlı saçların üçün isə 3 saat gözlədikdən sonra saçlarınızı yuyun.

 

Normal saçlar üçün maskalar:

Bu
maska üçün sizə 1 çay qaşığı limon şirəsi və 50 ml araq lazımdır.
Qarışımı saçınızın dibinə 2-3 həftə bir gündən bir sürtün. Bu saç
sağlamlığı üçün yaxşıdır.

 

Profilaktik maskalar:

* Yumurta sarısını çalın və içinə gənəgərçək yağı əlavə edin. Saç dibinə sürtdüyünüz maskanı 3 saat gözlədikdən sonra yuyun.

*
Bir baş soğanı sürtkəcdən keçirin və yumurta sarısı ilə qarışıdırın.
Alınmış qarışımı saç dibinə sürtün. İstilik effektini əldə etmək üçün
başınıza polietilen torba keçirin və dəsmalla bürüyün. 1-2 saat
saxladıqdan sonra şampun və ilıq su ilə yuyun.

* 100 qr tam
yetişməmiş armudun ətini əzin, içinə 1 yumurta, bir neçə damcı limon
şirəsi, ayıpəncəsi yağı (репейное масло) əlavə edin. Alınmış qarışımı
saç dibinə sürtün 15-20 dəqiqədən sonra öncə ilıq sonra isə sərin su ilə
yuyun.

Ümumiyyətlə maska və saç kremlərindən istifadə zamanı
ehtiyatlı olun. İlk öncə əlinizin dərisində yoxlayın, ola bilər ki, bu
maska və ya kremlər sizə düşməsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!