Kişi klassik çantalarının üç növü: doğru seçim

Kişi klassik çantalarının üç növü: doğru seçim
Kişi dünyası
10.09.2017 27
Çantalar artıq çoxdan yalnız qadın aksessuarlığından çıxmış və kişi
dəbində yerini möhkəmləndirmişdir. Artıq əksər kişilər öz görkəmlərini
tamamlayan müxtəlif kişi çantalarından istifadə edirlər. Yeganə kişiləri
narahat edən sual, çoxlu sayda çantaların içərisindən ən uyğununu
seçməkdir. Cavab klassik janrdır. Klassika həmişə dəbdə olub və yalnız
sizə uyğun modelinin seçilməsini tələb edir.

Dəbli portfellər

 

Portfellər
kişi çantalarının ilk nümayəndələri hesab olunurlar. Onlar kişilərə
uzun illərdi xidmət edirlər. Lakin zaman keçdikcə portfellər müəyyən
dəyişikliklər olub:

* Onlar artıq daha yumuşaq dəridən hazırlanırlar və əvvəlki kimi kobud deyillər;

* Dördbucaq forma və iti künclər artıq keçmişdə qalıb;

* Bağlama qaydası daha praktik və modern olub;

* Daxili praktikliyi artıb, çoxlu ciblər, müxtəlif bölmələr var.

Belə
bir çantanın seçimi olduqca sadədir, əsas siz nə istədiyinizi təyin
edəsiniz. Sonra çanta maqazininə gedin. Əsas fikir verin ki, çanta
möhkəm tikilmiş olsun, əks halda sizi yarı yolda qoya bilər.

 

Casual görkəmi üçün poçtalyon-çantalar

Messencer
və ya poçtalyon-çantaları kişi dəbinə sürətlə daxil olublar. Onlar
əsasən gündəlik kimi istifadə olunurlar. Onların əsas üstünlüyü kompakt
ölçüləri, kiçik olsalar da bir çox şeyi daşıya bilmələri, istifadə
sadəliyi və eleqant olmalarıdır. Bir qayda olaraq bu tip çantalar enli
çiyin qulp ilə təchiz olunmuşdurlar.

Bu variant cavan kişilər üçün
daha yaxşı ola bilər. Bazarda müxtəlif qiymətə, müxtəlif materiallarda
satılan bu çantaları zövq və ehtiyacınıza uyğun seçə bilərsiniz.

 

Yol çantaları – yolculuğun əvəzsiz atributu

Yol
çantası daha çox səyahət edən, ezamiyyətə, şəhər kənarına və yaxud
trenajor zalına tez-tez gedən kişilərə mütləqdir. Artıq böyük çemodanlar
tarixə keçir. Oların əvəzinə daha dəbli, dəridən və tutumlu çantalar
gəlir. Maraqlısı odur ki, bu çantalar həm klassik, həm də idman
geyimləri ilə uyğunlaşır.

Qeyd edək ki, seçim böyük olduğundan o qədər də çətin olmayacaq. Sadəcə həyat tərzinə uyğun çantanı seçməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!