Hər bir kişidə olmalıdır

Hər bir kişidə olmalıdır
Kişi dünyası
10.09.2017 46
Siz artıq uşaq yaşından çıxmısınız və oyun aparatlarını unutmaq zamanıdır. Bugün sizlərə hər biri kişidə olmalı olanlardan danışacıq. Siyahı belədir:



1. Klassik geyim dəsti

Tez və ya gec bu geyim dəsti sizə lazım olacaq. Bu səbəbdən sizi fit bədəninizi üzə çıxara biləcək, neytral rəngli klassik geyim dəstini qarderobunuza əlavə edin.



2. Klassik ayaqqabı

Yaxşı ayaqqabı həmişə dəbdə olub. Ayaqqabı seçərkən qəhvəyi rənglərə üstünlük verin. Bu rəngi hər bir geyimlə sintez edə bilərsiniz, hətta cinsi ilə.



3. Ayyaqbı təmizləmək üçün vasitələr

Siz paltarlarınızı yuyursunuz, ütləyirsiniz, quru təmizləməyə verirsiniz. Bəs ayaqqabılar. Onların da qulluğa ehtiyacı vardır.



4. Dəri kəmər

Kəmər qarderobun ayrılmaz aksessuarıdır. Çalışın kəmərlərinizi ayaqqablarınızın rənginə uyğun alasınız.



5. Sport pencək

Bu pəncək sizi bütün hallarda "sudan quru” çıxardacaq. Belə pencəyi siz cinslə geyinərək görkəminizə ciddiyyət qata bilərsiniz.



6. Yaxşı ətir

Bir şeyi unutmayın ki, qadınlar yaxşı qoxan kişilərdən xoşlanırlar. Mütləq və mütləq çox bahalı olmasa da, sizə uyğun ətiriniz olmalıdır.



7. Portmone

Artıq pulu cibdə gəzdirərək, nümayiş etdirmək keçmişdə qalıb, özünüzə portmone alın.



8. Səyahət çantası

İdman çantası və gündəlik çanta ilə yanaşı, səyahət çantası da mütləqdir. Qəflətən bir səyahətə çıxmalı olsanız əlinizin altında olsun.



9. Yaxşı saat

Bəli, siz saata mobil telefonda və ya tabletinizdə baxa bilərsiniz. Lakin yaxşı saat sizin zövqünüzün göstəricisidir.



10. Kiçik bərbər dəsti

Hər gün bərbərə getmək olmur. Bu səbədən dırnaqlarınıza və saçlarınıza özünüzün qulluq edə bilməniz üçün kiçik bərbər dəstinə ehtiyacınız vardır.



11. Keyfiyyətli bıçaq

Bıçaq aksessuar deyil ki, üzərinizdə gəzdirəsiniz. Lakin evdə keyfiyyətli bıçağın olması sizin bir çox işinizə yaraya bilər. Beş ayrı bıçaqdansa beş funkiyanı yerinə yetirə biləcək bir bıçağın olması daha məsləhətlidir.



12. Paslanmayan və yanmayan tava

Yuyulması asan olan və gec korlanan tava sizə mətbəxtdə çətinliklər yaratmayacaq.



13. Xarici passport

Dünyanı gəzməyi unutmayın.



14. Ütü və ütü masası

Geyimləri quru təmizləməyə vermək asandır. Lakin həmişə edilən iş deyil. Ütü və ütü masası səliqəli görünmək üçün sizə həmişə gərəkli olacaqdır.



15. Gün eynəyi

Üzünüzə uyğun və görkəminiz tamamlayan gün eynəyini əldə edin.



16. Yemək reseptləri kitabı

Unutmayın qadınlar xörək bişirə bilən kişiləri sevirlər.



17. Pencək təmizləyən roller

Onun vasitəsi ilə siz pəncəyinizə yapışmış tozu, tükü, sapları götürə bilərsiniz.



18. Usta dəsti

Əsl kişi xırda işləri ustasız da həll etməyi bacarmalıdır. Bunun üçün usta dəsti sizə mütləq lazımdır.



19. Multipult

Həyatınızı sadələşdirin hər bir avadanlığa uyğun olan pult əldə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!