Bu məqalə qadınları robot olmayan kişilər üçündür

Bu məqalə qadınları robot olmayan kişilər üçündür
Kişi dünyası
10.09.2017 8
Əziz
kişilər, əgər evli deyilsinizsə, ya da ən az sizin qədər məşğul,
işinəbağlı bir qadınla evlisinizsə, işə ütülənməmiş, qırış-qırış
köynəklə getməmək üçün bəzən özünüz paltarınızı ütüləməyə məcbur
olacaqsınız. Əminik ki, bu cümləni oxuyar-oxumaz: "Mən bunu heç vaxt
etmərəm” deyən kişilər də olacaq. Amma unutmayın ki, xanımınız da robot
deyil, nələrsə onun da yadından çıxa bilər. Buna görə də bəzən qarşı
tərəf üçün belə fədəkarlıqlar etmək lazımdır.



Əslində
bu zaman kişilərin əsəbləşməyinin əsas səbəblərindən biri də bu
çıxılmaz vəziyyətdən çıxış yolunu bilməmələridir. Qəbul edək ki,
çoxlarımız öz köynəyimizi ütüləyə bilmirik. Ütüləsək belə, qadının
ütülədiyi köynəklə bizim ütülədiyimiz arasındakı fərq o dəqiqə hiss
edilir. Bu məsələnin çoxlarınızın yaralı yeri olduğunu bilirik. Buna
görə də bu dəfə sizinlə düzgün ütü ütüləmək barəsində danışmaq
istəyirik. Bunu xanımlar bacarırlarsa, mütləq biz də edə bilərik.



Başlayaq.
Hər şeydən əvvəl onu bilməlisiniz ki, köynək ütüləmək şalvar
ütüləməkdən daha çətindir. Buna görə də onu ütüləyərkən həddindən artıq
diqqətli olmaq lazımdır. Köynəyin asan ütülənməyini və uzun müddət
ütülədiyiniz formada qalmağını istəyirsinizsə, yaxşı olar ki, onu tam
qurumazdan öncə ütüləməyə başlayasınız. Digər bir məsləhət: paltarı
yuxarı, aşağı ütüləməyin lazım olduğunu unutmayın. Əgər dairəvi formada
ütüləsəniz bu paltarda əlavə qırışların yaranmasına səbəb ola bilər.



Ütüləməyə
əvvəlcə köynəyin yaxalığından başlamaq lazımdır. Bunun üçün manjetləri
iç və çöl tərəfdən yaxşıca ütüləyirik. Sonra köynəyin bir qolunu ütü
stolunun üzərinə sərir və qoldakı tikiş boyunca ona ütü çəkirik. Bilək
hissəsini ütüləyərkən isə həm içəridən, həm də çöldən ona ütü çəkirik.



Daha
sonra isə sıra köynəyin arxa hissəsinə çatır. Boyun hissəsində
başlayaraq aşağıya doğru ütüləməyə başlayırıq. Və budur, tapşırıq uğurla
tamamlanmışdır. Bu qədər sadə.



P.S
Əslində bu qədər əziyyət çəkməyə ehtiyac da yoxdur. Əgər pencək
geyinəcəksinizsə və axşam heç bir qonaqlığa dəvətli deyilsinizsə,
köynəyin yalnız görünən- ön hissəsini ütüləməyiniz kifayətdir. Əmin ola
bilərsiniz ki, sınanmış təcrübədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!