7 tip kişiyə yerindəcə YOX demək lazımdır

7 tip kişiyə yerindəcə YOX demək lazımdır
Kişi dünyası
10.09.2017 15
Adətən
ilk görüş yaxşı keçəndə biz həmin insanla qalan bütün həyatımızı
paylaşmaq haqqında düşünürük. Amma elə vaxt olur ki, bu barədə heç
düşünmək lazım deyil. Və ümumiyyətlə düşünmək lazım deyil. Anında "yox”
demək lazımdır. Bu yazımızda məhz hansı kişilərə elə yerindəcə yox
deməli olduğunuzu biləcəksiniz.

Qaçmalı olduğunuz kişilər



Alfons

Alfonsları
tanımaq çox asandır: onlar həmişə pul haqqında danışırlar. O, sizi
harasa yeməyə dəvət edə bilər və hesab ödəmək vaxtı gəlib çatanda pul
kisəsini evdə unutduğu bəhanəsini uydurar. Alfonslar bütün günü telefon
zənglərilə məşğul olur. Əslində isə onun nə pulu, nə də biznesi var.
Sadəcə özünü çox məşğul iş adamı kimi göstərməyə çalışır.



"Ana uşağı”

"Ana
uşağı” ilə prinsipcə nəsə etmək olar, əgər o, yetim qalıbsa. Əks halda
isə siz nə qədər də, gözəl və cəlbedici qadın olsanız da, ona anasından
yaxşı olmayacaqsız və o, özünü anasız təsəvvür etməyəcək. Belə kişilər
"ana uşağı” kimi doğulmurlar, anaları ilə daha çox vaxt keçirdikdən
sonra belə olurlar. Və sizi heç vaxt əsas qadın roluna görmürlər. "Ana
uşağı” ilə münasibət qurduqda siz onunla yox, birbaşa onun anası ilə
münasibət qurmalı olacaqsınız. Bu sizə lazımdır?!



Pis asılılığı olan

Əyyaş,
qumarbaz, narkoman və başqa asılılığı olan kişilər var ki, onlarla
münasibətə başlamasanız daha yaxşıdır. Əgər siz onu bu asılılıqdan xilas
etmək istəmirsinizsə, deməli, o, sizin yolunuz deyil. Ən yaxşısı
buraxmaqdır. Yox, əgər münasibət qurmaq niyyətindəsinizsə, bilin ki, bu
cür pis asılılıqları olan birilə sağlam münasibət sığortası yoxdur. Belə
kişi ilə münasibətiniz olsa 5 ildən sonra sizdən geriyə heç nə
qalmayacaq.



Evli

Məsələnin
mənəvi tərəfindən baxdıqda o, yetişkin insandır və sonda özü qərar verə
bilər ki, həyat yoldaşını başqa birinə dəyişməyə hazırdır ya yox. Bu,
tamamilə sizin işiniz deyil. Sizin işiniz – hər şeyə göz yumub özünüzü
oda atmaq deyil və belə hekayələr heç də yaxşı bitmir. Bəli, belə də
olur – insanlar yeni sevgi tapırlar, boşanırlar və yeni sevgilisi ilə
xoşbəxt yaşayırlar. Belə hallar daha çox gənc xanımların başına gəlir.
Və həmişə də, "ailə dağıdan sevgili” rolunda olurlar. Eyni zamanda evli
bir kişi heç vaxt saf və böyük sevgini tapmaq üçün yeni
görüşlərə getmir. 



Təcavüzkar

Təcavüzkar
kişiləri də tanımaq çox asandır. Restoranda ofisiantları acılayır?
Söyüş söyür? Bütün ətrafdakılara qarşı pis münasibət bəsləyir? Ondan
qaçın. Siz heç özünüz də hiss etməyəcəksiniz sizə qarşı nə zaman
təcavüzlərə başlayacağını. Hər kəslə kobud olun sadəcə sizə qarşı xüsusi
bir münasibəti olacaq deyə bir nüansdan söhbət belə gedə bilməz. O,
sizi ürkütməmək üçün sadəcə şirin danışa bilər.



İnsan ruhunun mühəndisi

O,
insanların xarakterini çox gözəl bilir. Bunu hiss etmək üçün də, xüsusi
güc sərf etmir. Onun bazasına maraqlı hekayələr var və o, görür ki, adi
insanlar bunlardan xəbərsizdirlər. O deyir ki, qadınlar qulaqları ilə
sevirlər. Və belə kişilər çox təhlükəli olurlar. Sizi asanlıqla yoldan
çıxardır və istədiyi zamanda yarı yolda buraxır. 



Yazıq pişik

O,
çox bədbəxtdir. Onu heç kim anlamır. Onun sizdən gözləntisi
sıxılmamağın təmin etmək, isti yemək, isti yer və rahat yatmaqdır. Bu
mərhələdə ona "Yox” demirsinizsə, bu münasibət davam edəcək. Amma siz
elə bəri başdan "Yox”u dilinizə gətirin. Gedib özünə başqa xeyriyyəçi
tapsın. Çünki siz qadınsınız və ona göstərəcəyiniz münasibəti onun sizə
göstərməli olduğunu anlamalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!