Kişilərə görə daha cazibədar olan qadınların 7 xüsusiyyəti

Kişilərə görə daha cazibədar olan qadınların 7 xüsusiyyəti
Kişi dünyası
10.09.2017 15
Qadınların
kişilərə görə cəlbedici görünməsi kişilərin sirrli standartlarına
bağlıdır. Daha cazibədar qadınların xüsusiyyətlərinin kişilər üçün
fərqli və eyni zamanda da önəmli detalları var. Buna görə də
Qadınlar.biz siz xanımlar üçün araşdırma etdi və maraqlı
nüanslarla rastlaşdıq. Kişilərə qadınları daha cazibədar göstərən 7
xüsusiyyət hansılardır, buyurun yazımızı oxuyun, əziz xanımlar. 



Parlaq, mirvari ağlığında dişlərə sahib qadınlar

Qadınların
mirvari ağlığında və parlaq dişləri kişilərə cəlbedici gəlir və
diqqətlərini çəkir. Az sarı dişlər isə diqqətdən kənarda qalır.



Qırmızı dodaq boyalı qadınlar

Ağ dişlərinizi parıldadın və qırmızı dodaq boyanızı çəkin. İstənilən halda kişilər bu qırmızı rəngin təsiri altına düşəcəklər.



Böyük ombalı və incə belli qadınlar

Yeni Zellandiyadan olan araşdırmaçılara görə kişilərin çox hissəsi böyük ombalı və incə belli qadınlara üstünlük verirlər.



Yüksək səsli qadınlar

Qadınların
gözəl və yüksək səsləri kişilərin diqqətini çəkən nüanslardandır. Çünki
asta danışan və zəif səsli qadınlar kişilərə görə özlərinə güvəni
olmayan, cəsarətsiz qadınlardır.



Əsmər qadınlar

Sarışınların
dövrü artıq bitib. Meydan əsmərlərindir! Sarışınlar daha əyləncəli ola
bilər amma əsmərlər kişilərə görə daha cazibəli görünür.2008-ci ildən
bəri aparılan araşdırmaların nəticələri bunu təsdiqləyir.



Az makiyaj

Parlaq,
cəlbedici makiyajdan daha çox sadə, təbii makiyaj edən qadınlar kişilər
üçün gözəl və cəlbedicidir. Qeyd edək ki, az makiyaj və ya makiyajsız
olmaq son dövrlərin dəbidir.



Uzun boylu qadınlar

Balacaboylu
qadınlar nə qədər şirin görünsə də nə edək ki, kişilərin diqqətini
uzunboylu qadınlar çəkir və bu əsas xüsusiyyətlərdəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!