Kişilərin eşitmək istədiyi sözlər

Kişilərin eşitmək istədiyi sözlər
Kişi dünyası
10.09.2017 28
Sevgidə yalnız qadınların xoş sözlərə ehtiyac duyduğunu düşünürsüzsə, yanılırsız!

Kişilər
də qadınlar qədər sevildiyini və özünə dəyər verildiyini hiss etdirən
cümlələr eşitmək istəyir. kisidunyasi.com aile.lent.az-a istinadən
kişilərin qadınlardan daha çox eşitmək istədiyi sözləri təqdim edir.

 

Çox yaraşıqlısan! Kişilərin eqolarının razı salınmasından xoşlandığını bilməyən varmı?

"Çox
yaraşıqlısan”, ya da "bu gün necə yaraşıqlı görünürsən” cümlələri
onları xoşbəxt etməklə qalmaz, eyni zamanda özlərini yaxşı hiss
etmələrinə səbəb olur. Yorucu bir günün sonu öpərək dediyiniz "möhtəşəm
görünürsən” sözü onun enerjisini yerinə gətirəcək.

 

Sənə
çox güvənirəm! Güvən uzun və sağlam bir münasibətin açarıdır. Kişilər
də qadınlar qədər güvən dolu ünsiyyətin tərəfdarıdır. Ona güvəndiyinizi
tez-tez dilə gətirin. Hər nə qədər riskli qərar qəbul etsə də, onun
yanında olun.

 

Əzələlərin nə qəşəngdir! Sevgiliniz idmana həvəslidirsə, o zaman əzələlərinə edilən tərifi duymaqdan xoşu gələcək.

 

Səni
sevirəm! Sevgi dolu bu cümləni ən az qadınlar qədər kişilər də eşitmək
istəyir. Onunla nə qədər xoşbəxt olduğunuzu, ehtiraslı bir münasibət
yaşadığınızı dilə gətirməniz həm onun üzünü güldürəcək, həm də ürəyini
əridəcək.

 

Yemək
dadlı idi! Bütün kişilər yemək bişirməkdə mütəxəssis deyil. Ancaq
sevgilinizin sizin üçün hazırladığı sendviçi belə, "çox dadlıdır”, -
deyə tərifləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!