Kişilər necədirlər?

Kişilər necədirlər?
Kişi dünyası
10.09.2017 14
Sizi idarə etməyə çalışan kişini əslində onun üzərinizdəki hakimiyyətindən xəbəriniz varmı?

Kişilər
həmişə bir-birilərinə öz güclərini göstərmək üçün "kişi ol” sözünü
istifadə etməyi sevirlər.Bu əslində onların qorxu hissi ilə bağlıdır,
hansı ki, bir gün sevdiyi qadın üçün bir çox şeylərdən imtina edəcəyini
bilir. Və çox zaman onlarda sevmə qorxusu bununla bağlıdır.

Uşaqlıqdan
kişilərə biz qadınlar bir çox qadağalar qoymuşuq: hansı ki, ağlamaq,
hisslərini bildirmək, özünü qurban vermək, cəmiyyət səni kişi kimi
bilsin deyə bir az da qəddar və sərt ol ifadəsini biz xanımlar
işlədirik.Hansı ki, sonra əziyyətini də biz xanımlar çəkir, şikayətlənən
də sonda özümüz oluruq. Kişilər öz üstünlüyünü sübut etməli deyil, buna
ehtiyac yoxdur. Qadın və kişi arasında heç bir fərq yoxdur. Bu süni
fərqdir, onlar bir yerdə möhtəşəmdirlər.



Kişilərdə sevgini yararsız tərbiyə edirlər!

Biz
xanımlar uşaq vaxtından oğlan övladlarımıza əli kəsildikdə, yıxıldıqda,
dalaşarkən döyüldükdə heçnə olmaz sən müharibəyə gedəcəksən "kişisən”
frazasını işlədirik. Və onları hisslərdən uzaq durub məntiqləri ilə
davranmağa daha çox üstünlük veririk. Hər bir ana kişilərə qadınlara
olan sevgi,dürüstlük,mədənilik hisslərini qadağa edib, tüfəngə, ata olan
maraqlarını daha da artırır. Buna görə də hər bir kişi özünü sübut
etmək üçün qadınlara qarşı heç bir zaman özünü fəda etməyə çalışmır.Öz
gücünü yalnız uzaq və soyuq duruşu ilə təsdiqləmək istəyir.

Kişi
qadının yanında özünü alçalmış hiss etməli deyil heç bir halda, kişi
sadəcə qadının yanında özünü olduğu kimi və rahat hiss etməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!