Kişi intim epilyasiyası

Kişi intim epilyasiyası
Kişi dünyası
10.09.2017 33
Hələ on il bundan əvvəl lazer epilyasiyası edən kişilər ya idmançı, ya bodibilder, ya da rəqqaslar idi. Lakin hər şey artıq dəyişib. Kişilər istənilən epilyasiyaya adi baxmağa başlamışlar və qeyri-adi iş kimi baxılmır.



İntim epilyasiyanın tarixi

İntim epilyasiya Avropaya Şərqdən gəlmişdir. O zamanlar şərqdə qiqiyenanı gözləməkdən ötrü həm qadınlar, həm də kişilər intim epilyasiyaya baş vururdular.

Qədim Yunanistanda da kişilər intim epilyasiyaya müsbət baxırdılar. Beləki, qladiatorlara bənzəmək üçün kişilərin dərisi parlaq olmalı və təmiz olmalı idi ki, əzələləri tam görsənsin. Hətta yunan kişilərinin bunu hansı metodla etdikləri də məlumdur. Qadınların çox istifadə etdiyi sap metodu ilə.



İntim epilyasiyanın müsbət tərəfi

Müasir dünyada intim epilyasiya artıq qeyri-adi bir şey deyil. Müasir kişilər özlərinə qulluq etməyi sevir və intim epilyasiya qadınlarda yalnız müsbət emosiyalar yaradır.

Belə bir proseduru keçən kişilər özlərini çimərlikdə, hamamda və əlbəttə ki, yataqda çox rahat hiss edirlər. Seksoloqların fikirlərinə görə özünə qulluq edən kişilər qadınlar üçün daha cazibədar olurlar. Qadınlar belə kişiləri daha hissiyatlı hesab edirlər.



Müsbət tərəfləri:

* xarici görünüşün daha da yaxşılaşdırılması;

* qiqiyena;

* qadınların bunu bəyənməsi.



İntim epilyasiya necə edilməlidir?

Ev şəraitidində kişilər əsasən ülgüc ilə intim epilyasiyanı yerinə yetirirlər. Mənfi tərəfləri burada ülgüc ilə yaranlamaq ehtimalının çox olması və bu cür epilyasiyadan sonra tüklərin daha çox və qalın çıxmasıdır.

Şəkərlə və mum ilə epilyasiyaya olduqca az rast gəlinir. Səbəb bu epilyasiya növünün olduqca ağrılı olmasıdır.



Ən ağrısız tüklərdən azad olmağın yolu fotoepilyasiya və lazer epilyasiyadır.

Lazer epilyasiya kişilərin intim epilyasiya üçün ən çox müraciət etdikləri epilyasiya növüdür. Lazer vasitəsi ilə tüklərin kökünə təsir edilir və sizin uzun müddətə tük problemləriniz həll olunur. Kosmetoloqlar deyir ki, 5-7 seansdan sonra tüklər ümumiyyətlə yox olurlar.

İntim epilyasiyada icazə verilən fotoepilyasiyadan da istifadə edilir və demək olar ki, tam ağrısızdır. Prosedurdan sonra yarana biləcək dəri qızartıları xüsusi kremlərlə götürülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!