Hansı rəng köynək sizə uğur gətirəcək?

Hansı rəng köynək sizə uğur gətirəcək?
Kişi dünyası
10.09.2017 29
Amerikalı mütəxəssislər hesab edirlər ki, əgər uğurlu olmaq istəyirsiniz isə müəyyən rəngdə köynəklərdən istifadə etməlisiniz.

İşə çəhrayı rəngdə köynəklər geyinən kişilər öz həmkarlarından daha çox qazanır, onlar daha ixtisaslı olurlar və əks cinsin nümayəndlərinin diqqətini daha çox cəlb edirlər.

Ofislərdə çalışan 1500 kişini əhatə edən xüsusi araşdırmanı International Marketing for Cotton USA aparmışdır.

Qazancdan başqa çəhrayı rəng köynəklər geyinən kişilər özlərinin cazibədarlığını daha çox hiss edir və özlərinə daha çox inanırlar. Həmçinin işdə macəra yaşamaq fürsəti bənövşəyi və yasəməni rəng köynəklər geyinən kişilərə də düşür. Lakin göy köynək rənginə üstünlük verən kişilər qadınların gözündən qaçırlar. Üstəlik çəhrayı rəngli köynəklərə üstünlük verən kişilər arasında elmi dərəcəsi də olanlar çoxdur.

Mütəxəssilərin fikrincə ofisə geyinilən köynəyin rənginə uyğun hər bir insan öz ətrafındakıların ona olan fikrini formalaşdırır. Lakin bir şeyi də unutmayın ki, uğurlu olmaq üçün sizə yalnız köynəyin rəngi kömək olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!