Daha sport görkəm

Daha sport görkəm
Kişi dünyası
10.09.2017 12
İdman bədən quruluşunun sirləri və daha sport, daha seksual görkəmə sahib olmaq üçün 7 məsləhət.



1: Saqqal buraxın

Son illərin ən əsas trendlərindən biri saqqaldır. Məşhur ulduzlardan tutmuş, sadə kişilərə qədər artıq təmiz üzü qırxılmışların sayı azdır.

Ən əsası 20 yaşında saqqal sizi daha yetkin, 35 yaşında isə daha gənc görsədəcəkdir. Hər bir halda, saqqal sizə daha da kişi və individual görkəm verəcək. Bu da öz növbəsində sizi daha seksual və cazibədar edəcək.



2: Düzgün geyim seçimi

Köynək və ya t-shirt seçdiyiniz zaman diqqətli olmalısınız. Bəzəm slim köynəklər modellərin bədənlərini daha da sport görsətsə də, bəzən əks effekt də verə bilər. Vacibdir ki, geyim sanki ideal bədəni gizlətmiş kimi təsir bağışlasın.

Əgər siz qollarınızı vizual olaraq böyütmək istəyirsiniz isə, bu zaman köynək alarkən onun qollarının uzunluğu bitsepsin ortasına kimi olmasına diqqət yetirin. Üstəlik ölçüsü bitsepsə səliqəli yapışmış olmalıdır. Qolsuz köynəklərdən isə uzaq olun, onlar yalnız çimərlik üçün yararlıdır.



3: Bədəninizin müsbətlərini vurğulamağa çalışın

Bədəninizin inkişaf etmiş əzələlərini vurğulamaqla ümumi görkəmdə irəli düşmüş olacaqsınız. Misal üçün, əgər sinə əzələləriniz yaxşı inkişaf etmiş, lakin balaca qarnınız vardırsa, daha enli və V – yaxalı köynəklərə üstünlük verin. Əgər misal üçün ayaq əzələləriniz yaxşı inkişaf etmiş, lakin çiyinləriniz daha dardırsa, bu zaman daha tünd şalvar ilə açıq rəngli köynək sizi daha cazibəli edəcəkdir.



4: Üz dərinizə fikir verin

İdman sağlamlıq kimi bilindiyi üçün, sport görkəmə malik insanlar da sağlam görünməlidirlər. Əgər siz yorğun, yuxusuz, gözləri şişmiş bir görkəmə malik olacaqsınız isə, ümumi görkəminiz heç də sport olmayacaqdır.

Üz dərinizə qulluq edin və onun daim təravətli olmağına diqqət yetirin. Xüsusi krem və losyonladan istifadə edin. Çalışın daha çox gülümsəyəsiniz və həyatdan zövq alasınız.



5: Qamətinizi düzgün saxlayın

Əyilmiş və eyni zamanda düz görünmək üçün gərgin bədən quruluşu heç də cazibəli deyil. Yadda saxlayın ki, idman qaməti təbii qamətlə eynidir. Beləki, əgər ayaq üstə olan zaman sizin qarnınız çıxırsa, onu sıxmaq əvəzinə məşq edib əritmək lazımdır.



6: Ayaqqabı seçiminə diqqət

Ayaq altının yastılığı xəstəliyi olduqca yayılmışdır. Əgər siz də bu xəstəliyə sahibsiniz isə, bu zaman ayaqqabı seçimində diqqətli olmalısınız. Yastı daban ayaqqabılardan uzaq olun, əks halda zamanla ördək kimi yeriməyə başlayacaqsınız. Bu da sport görkəmini məhv edəcəkdir.



7: Məşq zamanı düzgün məqsədlər qoyun

Sport bədən quruluşunun əsas sirri böyük əzələlər yox, məhz əzələlərin proporsional olmasıdır. Məşq etdiyiniz zaman bədəninizin simmetrik inkişaf etməsinə diqqət yetirin. Məhz bu zaman sport görkəmə nail ola biləcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!