Kişi üzükləri: hansı barmağa taxılmalı

Kişi üzükləri: hansı barmağa taxılmalı
Kişi dünyası
10.09.2017 17
Yüz illər sonra üzüklər yenə “kişi işinə” çevrilmişdir.Bu işdə ən əsası hansı barmağa taxılacağını doğru seçəsiniz.

Kişi üzüklərini bəziləri sevir, bəziləri isə sevmir. Hər kəsin öz düşüncələri var. 21-ci əsr kişi üzüklərinin yenidən dəbə girdiyi əsrdir.

Üzük həyat axarının simvolu olduğundan, dünya güclüləri üzüklərə həmişə önəm vermişdirlər. Bu üstünlük yalnız kişilərə verilmişdir.İnanmaq çətin olsa da, bir zamanlar heç bir qadın barmağına üzük taxa bilməzdir. Hətta nişan üzüklərini yalnız kişilər taxırdı.

Qədim Romada kişilər hətta bir neçə üzük taxırdırlar.Bunlar müxtəlif möhürlər, hətta gizli birliklərə keçid kimi istifadə olunurdular.

Barmağın seçilməsi isə ezoterika ilə bağlı idi. Beləki, çeçələ barmağı – su, adsız barmaq – hava, orta barmaq – torpaq, şəhadət barmağı – od, böyük barmaq – Allahlarin evi kimi astroloqlar tərəfindən təyin edilmişdir. Bu səbəbdən üzüyü hansı barmaqda gəzdircəyəniz olduqca vacibdir.

Adsız barmaq. Ailə statuslu barmaqdır. İlk dəfə bu məqsədlə Misirlilər istifadə etmişdir. Onlar inanırdırlar ki, Günəş barmağından “sevgi damarı” keçir ki, birbaşa ürəyə gedir. Nişan üzükləri müxtəlif olub – metal, şüşə, keramika, daha sonralar tunc və əsrlər sonra qızıldan hazırlanmağa başlamışdır.

Simvolik olaraq bu barmaqda üzük daşıyan kişilər gözəlliyə, dəbdəbəyə, təmtərağa meyillidirlər.

Şəhadət barmağı. Bu barmaqda üzük hökmranlıq simvoludur. İradəli, qururlu, qələbə əzimli xarakteri bildirir. Sağ əldə düşüncə qabiliyyətini, sol əldə özündən razılığı əks etdirir.

Şəhadət barmağında Yuliy Sezar, İvan Qrozniy, kardinal Rişel üzük gəzdirmişdir. Hesab olunur ki, hətta utancaq kişilər belə şəhadət barmağında üzük gəzdirən zaman özlərinə inamı artır.

Orta barmaq. Ən uzun və mərkəzi barmaqda adətən ailə üzükləri daşınır və ailə mənsubiyyətini bildirirlər. Üzük nə qədər bahalı və böyük olarsa, onun sahibi özünün üstünlüyünü daha çox bildirmək istəyir. Hesab olunur ki, orta barmaqda üzük aydın düşüncəni artırır, həyat çətinliklərini dəf etməkdə kömək edir.

Baş barmaq. Bu barmaqda üzük gəzdirən kişilər həmişə diqqət mərkəzində olurlar. Belə üzüklərin sahibləri özünü inamı və seksuallıqlarını irəli sürürlər. Qədim Yunanıstan və Romada baş barmaq kişilərdə cinsi orqan simvolu olmuş və bu barmaqda üzük onların cinsi gücünü qoruyurdu. Bu barmaqda üzük gəzdirən kişilər yüksək enerjiyə malik olurlar.

Çeçələ barmaq. Bu barmaqda üzük insanın yaradıcı olmasından xəbər verir. Bu barmağa üzük əsasən aktyor, rəssam, dizayner və musiqiçilər taxır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!