Kök kişilər, arıq kişilər, dəstəboylar: bəs necə geyinməli

Kök kişilər, arıq kişilər, dəstəboylar: bəs necə geyinməli
Kişi dünyası
10.09.2017 24
Bədən quruluşunuza fikir verməmisiniz, özünüzü buraxmısınız? Deməli, elə geyinməlisiniz ki, bədəninizin çatışmamazlıqları gözə çarpmasın.

Dar çiyinlər
İlk öncə dar və qısa geyimlərinizi qarderobunuzdan ləgv etməlisiniz. Beləki, bu tip geyimlər sizi daha çox qadına oxşadır və qısa köynək sizdə qarnın olması effektini yaradır.

Qarınlı kişi
Məsləhət bilinir ki, üfüqi xətli geyimlərdən uzaq durasınız. Ümumiyyətlə qarnınızın olmasını önə çəkən hər bir şeydən uzaq olmalısınız. Əgər kəmər taxırsınız isə, çalışın şalvarınızın rəngində olsun ki, əlavə diqqət cəlb etməyəsiniz. Ən ideal variant V tipli, dərin kəsikli yaxası olan koynəklər geyinmək. Rəngi də yaxşı olar ki, tünd olsun.

Arıq
Bankada karandaş kimi görünməmək üçün böyük ölçülü geyimlərdən uzaq durun. Şaquli xətli geyimlərdən uzaq durun, nazik qalstuklar, burnu iti ayaqqabılar sizlik deyil. Adi t-shirtləri polo köynəkləri ilə əvəz edin ki, çiyinləriniz daha enli görsənsin.

Dəstəboy
Əgər boyunuzla işlər yaxşı deyilsə, kədərlənməyə dəyməz. Tom Kruzun da boyu 170 sm-dir. Üfüqi xətli geyimlərdən uzaq durun, pencək yanınızı örtməməlidir. Ümumiyyətlə dəstəboy insanlar seçilməmək üçün yalnız öz ölçülərinə uyğun geyinməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!