Pis görkəmin 5 səbəbi

Pis görkəmin 5 səbəbi
Kişi dünyası
10.09.2017 9
Əgər zombi olmağa çox az qalıbsa, təcili adətlərinizi dəyişməlisiniz.

Kofe
Yadda saxlayın ki, kofe sizin dərinizini elastikliyini qoruyan antioksidantları məhv edir. Kofenin gündəlik norması 2 fincandandan artıq olmamalıdır. Onun əvəzinə yaşıl çay içməyə çalışın. Onun tərkibində kofein olsa da, az miqdardadır. Üstəlik yaşıl çay hüceyrələrin qocalmasının qarşısını alır.

Yarımfabrikatlar
Yarımfabrikatlar sizə xeyir gətirməyəcək, bunu yadda saxlayın! Onlar sizdə piylənmə ilə bərabər dərinin sağlamlığını və möhkəmliyini qoruyan kollaqeni məhv edir. Tez-tez acırsınız isə, yanınızda qoz gəzdirin.

Üzüqoylu yatmaq
Gözaltı şişmələr, qaralmalar. Buna səbəb qan dövranıdır. Beləki, yuxu zamanı ürək döyüntüləri azalır və qan dövranı həmçinin. Nəticədə siz üzüqoylu yatanda üzünüzə gələn qan yığılır və şişmələr əmələ gətirir.

Allergiya
Allergiya zamanı nəinki burnunuz axır, gözünüz qaşınır, asqırırsınız. Pollinoz (mövsümü allergiya) sizin dərinizə şişmələr, səpkilər, qaşıntılar təmin edə bilər. Çox zaman gözlər qızarır və üz şişir. Bunun qarşısını almaq üçün vitaminlər və antiallergik dərmanlardan istifadə edin. Daimi vitaminlərin qəbulu orqanizminizi allergiyadan qoruyur.

Havasızlıq
Səhər duranda gözləriniz qırmızı olur və qaşınır. Alimlərin araşdırmalarına görə buna səbəb havasızlıq ola bilər. Beləki, yataq otağında daim hava oynamalıdır, əks halda göz damarları genişlənir və gözdə qurumalar baş verir. Çalışın yatdığınız zaman pəncərəni az da olsa açıq saxlayasınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!