Əl yuyulan zaman buraxılan klassik səhvlər

Əl yuyulan zaman buraxılan klassik səhvlər
Kişi dünyası
10.09.2017 13
Yoxlayın, siz bu səhvləri buraxırsınız?

Siz əllərinizi isti su ilə yuyursunuz
Bəli, hər kəs isti su ilə əlini yumaq istəyir və bu olduqca normal qəbul edilir. Lakin gigiyena effektliyi sıfıra enir. Birincisi, isti suda bakteriyalar ölmür, ikincisi, isti su dərini qıcıqlandırır.

Antibakterial sabunlardan istifadə edirsiniz
Antibakterial sabunların xeyiri əfsanədir. Beləki, ABŞ keyfiyyət nəzarətçiləri sübut ediblər ki, antibakterial və adi sabunlar arasında fərq yoxdur. Antibakterial sabunların tərkibindəki kimyəvi maddələr allergiyaya səbəb olur, çəki artırır, əzələ zəiflədir. Adi sabun və soyuq su sizin seçiminiz olmalıdır.

Əllərinizi düz sabunlayırsınız
Əgər suyun altında tez bir zamanda əllərinizi “sığallayırsınız” isə, bunun effekti də sıfırdır. Daha sərt olun! Barmaqlarınızı bir birinə keçirərək sürtün, yalnız belə siz mikroblardan, çikrdən və tərdən əllərinizi təmizləyə bilərsiniz. Həmçinin biləyinizi də unutmayın, əllərinizin üstünü də. Dırnaqların altında da milyonlarla bakteriayaların olduğunu yadınızda saxlayın.

Tələsirsiniz
Əlləri ən azı 20 saniyə ərzində yumaq lazımdır. Əks halda xeyiri olmayacaq.

Antiseptiklərə çox inanırsınız
Bəli, antibakterial qellər, kremlər və kağız dəsmallar yolda, su olmayan yerdə əvəzsizdir. Üstəlik onlar həqiqətən bir çox bakteriyaları öldürürlər. Lakin su yaxındadırsa, su ilə yumağı seçməlisiniz. Əgər yaxınlıqda su yoxdursa, 60% alkoqol olan antiseptikləri seçin. Onlar daha effektlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!