Kişi üzünə necə qulluq etməlidir

Kişi üzünə necə qulluq etməlidir
Kişi dünyası
10.09.2017 14
Üz dərisinə necə qulluq edək ki, sağlam, yaraşıqlı və əks cinsin nümayəndələrində reytinqə sahib olaq? Yazını oxumaqda fayda var.

Kişilər üz dərisinə çox az halda diqqət ayırırlar. Onlar dişlərini, su ilə üzlərini yuyur və dəriyə qulluq etməyi unudurlar. Bahalı geyim, maşın, texnika solğun və yorğun üz dərisi ilə heçə enir.

1. Daha çox üzünüzü yuyun
Kişilərin üz dərisi daha yağlı, qalın və kobud olur. Dermatoloqlar məsləhət bilirlər ki, üzünüzü daha tez-tez yuyasınız. Bu dərinizi çirkdən, yağdan və tərdən təmizləyəcək. Səhərlər sərin su ilə üzünüzü yuyun ki, dəriniz oyansın. Küçədən gələndən sonra isə üzünü yumaqla çirk və mikrobdan təmizləmiş olursunuz.

2. Düzgün nəmləndirici vasitələrdən istifadə edin
Ancaq sabundan istifadə etmək “kişilik” göstəricisi deyil. Yağlı dərili kişilər tərkibində salisil turşusu olan vasitələrə üstünlük verməlidirlər. Quru və normal dərisi olanlar üçün isə qlikogen turşusu olan vasitələr tövsiyyə olunur. Kişi losyon və keyfiyyətli sabunlardan istifadə edin.

3. Düzgün üz qırxmaq
Keyfiyyətli ülgüclərdən və losyonlardan istifadə edin. Müasir üz qırxan maşınlar var ki, onlar üz dərisini masaj edir və daha az qıcıqlandırır.

4. Saça qulluq
Saç nəinki xanımların, həmçinin kişilərin həyatına təsir edir. Səliqəli və sağlam saçlar daim göstərişli olur. Daim bərbərinizi ziyarət edin. Qulaq və burundakı tüklərdən azad olun. Gur qaşlar da cəlbedici olmurlar.

5. Kosmetikadan istifadə
Qadınlar qədər olmasa da, istifadədə fayda var. Həftədə bir dəfə duş qəbulu zamanı skrabdan istifadə edin, ölmüş hüceyrələrdən azad olacaqsınız. Bununla solğunluqdan, sızanaq, qara nöqtələr və yağlı dəridən qorunmuş olacaqsınız. Normal gecə-gündüz kremindən istifadə edin. Erkən qırış və xəstə görkəmdən sığortalanmış olacaqsınız. Üzünüzü şaxta və birbaşa gün şualarından qoruyun.

Üzünüzə qulluğa bugündən başlayın və 30-u keçəndən sonra həmyaşıdlarınızdan cavan görsənin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!