Kişilər üçün dəri baxımı

Kişilər üçün dəri baxımı
Kişi dünyası
10.09.2017 8
İsti yerinə ilıq duş alın
Sərin bir səhər isti duşun yerini heç bir şey tutmaz. Amma suyun istiliyini bir az azaltmaq dərinizin qurumasını, tökülməsini və qaşınmasına mane olar. Su istiliyi artdıqca (və suda uzun müddət qaldıqca) dərinizdəki təbii yağlar axıb gedər. Duşda 5 dəqiqədən çox qalmamanızı təklif edirik.

Nəmləndirin
Kişi dərisi qadınlara görə daha yağlıdır ancaq yenə də qırışıqlıq meydana gəlməsini azaltmaq üçün gündəlik nəmləndirici istifadə edin. Normal və ya yağlı dəriyə sahib kişilər üçün yüngül bir losyon və ya nəmləndirici gel kafi ola bilər. Quru dəriniz varsa daha güclü bir nəmləndirici istifadə edin.

Üzünüzü sabunla yumayın, üz təmizləyici istifadə edin
Əgər üzünüz həssas isə "natrium lauril" sülfat ehtiva etməyən bir təmizləyici istifadə edin. İstifadə edəcəyinin üz təmizləyicidə seramid, qliserin, günəbaxan və ya soya yağı və ya petrolatum olmasına diqqət edin. Əgər dəriniz yağlıdırsa limon, çay ağacı yağı və ya ökaliptus ehtiva edən təmizləyicilər istifadə edin. Normal sabunlar üzünüzdəki incə dəri üçün yaxşı deyil.

Təraş olmadan saqqalları yumşaldın
Asan təraş üçün, saqqalları yaxşıca nəmləndirin. Bunun üçün ən yaxşı zaman duşdan sonrasıdır, saqqallar yaxşıca nəmlənmiş və yumşalmış olar. Əgər təraş bıçaqı tahriş edirsə köpük yerinə təraş geli istifadə edin. Saqqallarınızı mümkün olduğu qədər az təkrarlanan uzanma istiqamətində kəsin.

Yüngülcə vuraraq qurulanın, dəsmalı sürtməyin
Üzünüzü yuduqdan sonra dəsmalla yüngülcə vuraraq qurulanın, sürtərək qurulanmaq dərin tahriş edər və gərəyindən çox qurumasına səbəb olar.

Qoxulu məhsulları istifadə etmənin
Dəri baxım məhsullarındakı qoxular ümumiyyətlə sintetik vəsaitlərdir və dərinizi qurudub narahat edə bilər. Əgər həssas dəriyə sahibsinizsə qoxusuz məhsulları seçin. Bəzi kişilər limon və ya lavanta kimi təbii tərkiblərlə qoxu verilmiş məhsulları seçərlər.

Ayaqlar
Yaşlandıqca ayaq dərimiz qalınlaşar və çatlayar. Əczaxanadan bir ponza daşı alın və sərtləşən qisimləri duşda hər gün təmizləyin. Sonra da ayaq üçün çıxarılmış güclü nəmləndiricilər istifadə edin. Əgər çatlaqlar çox pis isə qalın bir təbəqə nəmləndirici çəkin, corablarınızı geyin və o şəkildə yatın.

Genital bölgə tükləri

Genital bölgədəki tükləri təmizləmək üçün təraş bıçaqı yerinə elektirikli təraş maşını istifadə edin. Mütləq ülgüc istifadə edəcəksinizsə tükləri yaxşıca nəmləndirin, təraş geli istifadə edin. Tüksüz bir görünüş istəyirsinizsə lepiçka etdirməyi düşünün, bəli qulağa qorxunc gələ bilər ancaq həm uzun müddət qalıcı olar həm qıl batmasına mane olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!