Kişilər qadınlardan nə istəyir?

Kişilər qadınlardan nə istəyir?
Kişi dünyası
10.09.2017 19
Kişilərin qadınlardan istədiyi lakin söyləmədiyi bir çox davranış vardır. Bəlkə də qarşı tərəfin bunları bildiyini və dilə gətirmənin mənasız olduğunu düşünürlər. Niyə dilə gətirmədiklərini qəti olaraq bilmək mümkün olmasa da bunlara qulaq asmaq xoşbəxt bir əlaqənin açarı olacaq. Bir kişi haradasa bir qadının istədiyi eyni şeyləri istiyir bir qadından. Bunlar doğru bir ünsiyyət və əlaqənin təməl dəyərləri əslində. Siz də öz əlaqənizdə qarşı tərəfin sizdən nə istədiyini soruşmaqdan çəkinməməli və bir-birinizi ən doğru şəkildə tanımanın önünü açmalısınız.

Dinləyin
Çox kişi özünü dinləyən qadınlardan daha çox xoşlanar. Səhvlərini üzünə vurmayan, lazımsız tənqiddən qaçan, dərs vermə səyi içərisində olmayan və mən sənə demişdim kimi sinir pozan xəbərdarlıqlardan qaçanlar bir kişi üçün olduqca xüsusi olacaq. Unutmayın birini həqiqətən dinləmədən onu anlamanız mümkün olmaz. "Mənimlə istədiyin zaman danışa bilərsən, sənin üçün buradayam'' imicini verə bilsəniz bir kişi sizə rahatlıqla açıla biləcək və inanacaq. Tənqidi deyil dəstəkləyici bir yanaşma hər kişinin diqqətini çəkər.

Təbii olun
Əlaqəni adi axışına buraxa bilən qadınlar, bir kişinin diqqətini çəkə bilməsini təmin edəcək. Bir-birinizi tamamilə tanımanı bacardığınızda əlaqəniz yolunda gedirsə istənilən sona onsuz da çatılacaq. Məcbur etmələr qarşı tərəfi qaçıra bilər. Hadisələrə qarşı tərəfin olmasını istədiyi şəkliylə deyil, təbii reaksiyalarınız bu uyğunlaşmanın tam mənasıyla tamamlanmasını təmin edəcək. Özünüzü yanında rahat hiss etdiyiniz və təbii davranışlarınıza heyran qalan bir kişi sizdən asan asan imtina etməyəcək.

Müsbət olun

Yaşadığı hər anın dadını çıxartmağı bilən bir qadın imtina edilməzdir. Sevincli zamanlar hər vaxt gözəl keçər amma hüznlü və əsəbi zamanlarında belə partnerinizin sizinlə vaxt keçirməyi seçməsini təmin edə biləcək bir anlayışınız varsa asan itirməzsiniz. Bunun yolu əvvəlcə özünüzdən əmin olmanız, olduğunuz adam və vəziyyəti sevə bilmənizdən keçməkdədir.

Yaxşı bir aşbaz olun
Böyüklərimizdən öyrəndiyimiz bir söz vardır; ‘'Bir kişinin ürəyinə gedən yol mədəsindən keçər'' deyə. Bu bəlkə tək yol deyil amma təsir edici yollardan bir dənəsidir. Bir kişi yaxşı yemək edən və ya onun üçün bir şeylər etməyi öyrənməyə çalışan bir qadını həqiqətən səmimi şəkildə sevəcək. Beynin ənənəvi qisimi bu vəziyyəti qarşısındakı qadının yaxşı bir yoldaş ola biləcəyi şəklində kodlaşdıracaq. Sadə bir şeylər də olsa bir kişinin ürəyinə bu şəkildə çata bilərsiniz.

Həqiqi olun
Öz duyğularını bir başqası nə düşünəcək deyə yaşamaqdan çəkinən və süni rəftarlar edən bir qadın kişilər tərəfindən çox asan şəkildə fərq ediləcək. Hər fürsətdə makiyaj təzələməyin, zarafat etməkdən çəkinməyin. Olduğunuzdan fərqli olmaq istədiyiniz adam kimi davranmaqdan imtina edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!