Kişilər necə qidalanmalıdır?

Kişilər necə qidalanmalıdır?
Kişi dünyası
10.09.2017 12
Qidalanmanız xəstəliklərə qarşı mübarizə aparmanıza, yaxşı görünmənizə, daha gənc, dinamik və aktiv hiss etmənizə köməkçi olar. Həyatınız boyunca davam etdirdiyiniz qidalanma formanız, yaxşı və ya pis necə bir yaşlılıq keçirəcəyinizin xəbərçisidir.

Ən az hər gün 2 boşqab meyvə və 2-3 boşqab tərəvəz, ən az həftədə bir dəfə pomidor ya da pomidor sousu ehtiva edən bir qida yeyin. Pomidor tərkibindəki antioksidan likopen ilə prostat sağlamlığını dəstəklər. Pomidor, tünd yaşıl yarpaqlı tərəvəzlər, kartof, banan və balqabaq ehtiva etdikləri kalium ilə yüksək qan təzyiqini azaldıb infarkt və iflic kimi xəstəliklərə qarşı qoruma təmin edərlər.

Hər gün ən az 5-6 boşqab tam taxıllı məhsullardan qəbul edin. Ağ çörək, ağ düyü yerinə tam taxıllı çörəklər, gevrekler, əsmər düyü, qarabaşaq, yulaf, kəpəkli makaron və s. seçin.

· Həftədə 2-3 boşqab balıq qəbul etməyə çalışın. Somon, uskumru, ton balığı kimi yağlı balıqlar həftədə 340-360 g arası qəbul edilə bilər.

· Gənc kişilərin gündəlik 38 qram, 50 yaşdan yuxarı olanların isə 30 g lif qəbul etməsi vacibdir. Buğda kəpəyi, tam taxıllı qida və çörəklər, kətan toxumu, meyvə və tərəvəzlər, yulaf, arpa və quru paxlalılar lif alışı üçün əsas qaynaqlardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!