Kişilərin bağışlana biləcək səhvləri

Kişilərin bağışlana biləcək səhvləri
Kişi dünyası
10.09.2017 21
Hamımız insanıq və səhvlər edə bilərik. Bəzi səhvlər var ki, bunlar asanlıqla bağışlanıla bilər.



1.Kiçik yalanlar

Hələ tanış olma mərhələsindəsinizsə sizin diqqətinizi çəkə bilmək üçün söylədiyi yalanları bağışlaya bilərsiniz. Ya da əlaqəniz əsnasında sizi incitməmək üçün söylədiyi zərərsiz yalanlar da bağışlanıla bilər.



2.Hirsli anındakı reaksiyalar

Bəzi insanlar əsəbləşdiklərində ağızlarından çıxanı qulaqları eşitməz. Bu bir şəxsi xüsusiyyətdir və asanca dəyişilə bilməz. Mənliyinizi zədələməyəcək şəkildə deyilmiş sözlər bağışlanıla bilər.



3.Görüşə gəlməmək ya da gecikmək

Əlində olmayan bir səbəbdən ötəri (xəstəlik, yol və s) görüşə gecikən ya da gəlməyən sevgilinizi bağışlaya bilərsiniz.



4.Xüsusi günləri unutmaq

Bu xüsusilə kişilərdə görülən bir vəziyyətdir. Əgər xüsusi günlərinizdə unutmağı vərdiş halına gətirmirsə, onu bağışlamanızda qorxu yoxdur. Ancaq bir daha unutmaması mövzusunda mütləq xəbərdarlıq edin.



5.Kifayət qədər vaxt ayırmamaq

Zaman-zaman insan öz xaricindəki səbəblərdən ötəri əlaqəsinə vaxt ayırmaya bilər. Bunu problem etməmək lazımdır. Ancaq siz həmişə son sırada qalırsınızsa diqqət yetirməlisiniz.



6.Məsuliyyətsizcə davranmaq

Əlaqələrdə hər iki tərəfin də eyni məsuliyyət şüuruna sahib olması o qədər də mümkün deyildir. Sizə zərər vermədiyi müddətcə məsuliyyətsiz davranışlarını bağışlaya bilərsiniz.



7.Ailəyə, yoldaşlara həddindən artıq düşkünlük

Bu da həddindən artığa qaçmamaq şərtiylə bağışlana biləcək bir hadisədir.



8.Kiçik ayrılıqlar

Müzakirələr bəzən istənməyən nəticələr doğura bilər. Bir tərəf digərinə hiss etməsə belə "Bitdi artıq" deyə bilər. Bir neçə gündəlik ayrılıq sizi özünüzə gətirəcək.



9.Eşqbaz baxışlar

Zaman-zaman sevgilinizi başqalarına baxarkən tuta bilərsiniz. Bu sizi sevmədiyi mənasını verməz.



10.Maraqlar və hobbilər

Hər insanın etməkdən zövq aldığı hobbiləri vardır. Hobbisinə zaman ayırır deyə sevgilinizi tərk etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!