Pulu necə xərcləmək lazımdır?-Kişilər üçün

Pulu necə xərcləmək lazımdır?-Kişilər üçün
Kişi dünyası
10.09.2017 16
Mötədillik (özünü daha az fikirləşmək) ümümiyyətlə pis bir keyfiyyət deyil, ancaq hər şey kimi bunun da “ağını çıxaranda” xeyirdən çox ziyan gətirir. Özünüzə az pul xərcləsəniz, çox şeyi itirəcək, həyatınızı istədiyiniz kimi yaşamadığınıza görə xoşbəxt olmayacaqsınız. Bu səhvə yol verməmək üçün sadəcə oturub özünüzə kifayət qədər vaxt və vəsait xərcləyib xərcləmədiyinizi düşünün. Əgər özünüzə çox az pul xərclədiyinizi düşünürsünüzsə, yaxşı olar ki, bu xasiyyətinizi dəyişəsiniz. Qazandığınız pulun hamısını banka qoymaq əvəzinə istirahət üçün vaxt ayıraraq bu pulun bir qismi ilə başqa bir ölkəyə səyahətə çıxın. Beləcə, siz həm gələcək üçün pul yığa, həm də özünüzün hal-hazırkı xoşbəxtliyinizi təmin edə bilərsiniz.

Amma yuxarıdakılar heç də o demək deyil ki, əlinizə keçən hər qəpiyi özünüzə xərcləməlisiniz. Pulu nəyə, necə xərclədiyinizə nəzarət edin. Sırf bunun üçün bloknot ayırın, üstünə də iri hərflərlə “şəxsi büdcə gündəliyim” yazın. Hər gördüyünüz şeyi almayın. Onu almazdan əvvəl harda və nə üçün istifadə edəcəyinizi, onun sizə həqiqətən lazım olub-olmadığını düşünün. Bütün bunlardan sonra hələ də onu almaq istəyirsinizsə, qiymətinə fikir verin. Bu əşyanın qiyməti ədalətlidirmi? Onu bu qiymətə almağa dəyərmi? Həmin əşyanın cibinizə daha uyğun olan alternativi varmı?

Cəmiyyətin və özünüzün inkişafı üçün könüllü iş görün, xeyriyyəçiliklə məşğul olun. Əvvəllər bu cür işlərlə məşğul olmasanız belə, başlamaq heç vaxt gec deyil. İnternetdə xeyriyyə ilə məşğul olan qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edin. Bunu etməklə nəinki cəmiyyətin inkişafına az da olsa kömək etmiş olacaqsınız , həm də pulun sizin üzərinizdəki qüvvəsini azaldacaqsınız. Beləliklə, siz həyatınızı və büdcənizi balanslaşdıra biləcəksiniz.

Əslində, pulla bağlı müzakirələr ərlə arvadın münasibətlərində soyuqluq yaratmır. Beş ildir ki, ailə quran Lea öz təcrübəsində bunun şahidi olub. O deyir: «Yoldaşımla mən pul haqda açıq və dürüst söhbət etməyi öyrənmişik. Bunun sayəsində indi yekdil iş görürük və bir-birimizə olan məhəbbətimiz daha da artıb».

Pulu necə xərcləməyi müzakirə edəndə ərlə arvad bir-birilə öz ümidlərini və arzularını bölüşür, eyni zamanda, nikaha sadiq qaldıqlarını göstərirlər. Bahalı şey almazdan əvvəl məsləhətləşəndə onlar bir-birinin hisslərini və fikrini nəzərə aldıqlarını göstərmiş olurlar. Müəyyən məbləği məsləhətsiz xərcləməyə yol verəndə bir-birilərinə etibar etdiklərini bildirirlər. Bütün bunlar nikahda əsil məhəbbətin olduğunu göstərir. Bu cür münasibətlər isə puldan qat-qat qiymətlidir. Belə olan halda, pul üstündə mübahisə etməyə dəyərmi?

Hobbinizi və sevdiyiniz məşğuliyyəti ikinci işə və ya biznesə çevirin

Hobbinizi və ya məşğuliyyətinizi sizə gəlir gətirə biləcək bir işə çevirmək üçün onu mükəmməl bilmək şərtdir. Əlbəttə ki, bu həm də maraqlandığınız sahədə biznesin olub olmamasından asılıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!