Qəlyan ziyandır?

Qəlyan ziyandır?
Kişi dünyası
10.09.2017 7
Hansı daha ziyandır — qəlyan yoxsa siqaret?
Hər kəs bilir ki, siqaret əzələ artımının qarşısını almaqla yanaşı, kompleks şəkildə sağlamlığa ziyandır. Lakin bir çoxları əmindir ki, qəlyan siqaretdən daha təhlükəsizdir, onun tərkibindəki su tüstünü zəhərli qarışımlardan təmizləyir.

Təəssüflər olsun ki, reallıqda qəlyan siqaretdən bir çox parametrə görə daha təhlükəlidir. Aromatlaşdırılmış tütün prosesi daha cəlbedici edir və yekunda 60 dəqiqəlik seans 100-200 siqaret çəkməyə bərabər olur.

Bəs təbii tütün daha yaxşı deyil?
Baxmayaraq ki, qəlyan tütünü siqaret tütünündən daha yaxşıdır, burada nikotin tərkibi əsas göstəricidir. Siqaret tütünləri yoxlanılır və ciddi nəzaret, sertifikatlaşdırmadan keçir. Qəlyan üçün isə bu fərqlidir.

Qəlyanda olan su filtri isə müsbət cəhətləri olmaqla, mənfi cəhətlərə də malikdir. Bir tərəfdən su 60-80% nikotini, 30-50% qatranı və digər bərk zərərli maddələri saxlayır. Digər tərəfdən soyudulmuş tüstü ciyərlərə daha dərin hopur və daha çox zərər gətirir.

Qəlyan üçün olan tütündə nikotinin miqdarı
Siqaret qutusunun üstündə nikotinin tütündə olan fiziki tərkibi deyil, bir siqaretin çəkilməsi nəticəsində insanın ala biləcəyi nikotin dozası qeyd olunur. Lakin bu siqaretin çəkilmə texnikasından da asılıdır. Beləki, siqaretin sıxılması və tez-tez çəkilməsi temperaturu yüksəldir ki, nəticədə nikotinin ifrazını çoxaldır.

Bu qəlyan tütününə də aiddir. Real rəqəmlər qəlyanın hazırlanmasından, istifadə olunan kömürdən, nə qədər tütün və necə dərin çəkdiyinizdən asılı olacaq. Əgər siz qapalı yerdə çəkmisiniz isə bu rəqmlərə hiss olunacaq qədər təsir edəcək.

Qəlyan və ağır metallar
Müasir siqaretlər mexaniki, kömürlü və sair ziyanlı maddələri saxlayan filtrlərə malikdirlər. Təbiidir ki, qəlyanda olan su tam filtr rolunu oynaya bilmir və məzmunca yalnız tüstünü soyudur.

Qəlyan tüstüsündə olan ağır metalların miqdarı siqaretdən qat-qat üstün ola bilər. Aşağı temperatur isə nəfəs yollarına mənfi təsir göstərir. Həmçinin qəlyan kömürü də yandığı zaman bir çox ziyanlı maddələr ifraz edir, lakin onları heç kim test etmir.

Qəlyanın ağ ciyərlər üçün olan təhlükəsi
Qəlyanın çəkilməsi zamanı tüstü daha dərin çəkilir və orta hesabla bir seansa insan orqanizminə adi siqaret tütününün 200 qatı daxil olur.

Qəlyanın əsasən qapalı yerlərdə çəkilməsinin nəticəsində isə bu təsir daha da artır. Nəticədə qəlyanın çəkilməsi müxtəlif ağ ciyər xəstəliklərinin (xərçəng daxil olmaqla) yaranma ehtimallarını daha da artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!