Anonim Məktub(4)

Anonim Məktub(4)
Oxucu Məktubu
10.09.2017 88
İstifadəçinin anonim məktubunun ardı:
İşləməyə başladiqdan bir neçə ay sonra oyrəndim ki , məktəbə getmədiyimə görə sinifdə qalmışam düşündüm olan olub. Bir il gec də olsa məktəbimi işləyərək bitirdim.
15 yaşım var idi artıq.Telefon nömrəsin satişı ilə məşqul idim.Bir gün istifadə etdiyim  nömrənin əvvəli 200 olanını almaq üçün zeng etdim bir oğlan götürdü və istəyimi dedim razılıq vermədi sağollaşdım. Bir neçə saat sonra mənə bu nömrədən zəng gəldi cavab verdim və məqsədinin tanışlıq olduğunu anladım sağollaşdım, məni narahat etməməsini dedim. Bir neçə gün sonra mənə tamamilə başqa nömrədən zəng gəldi bu zəngində məqsədi tanışlıq idi. Bunu biləndən sonra bir də o nömrəyə cavab vermədim amma mənə o qədər zəng edirdiki telefonumda enerji qalmırdı bezdiyimnən götürub kobud cavab verirdim.Hər gün zəng edirdi.Düz 6 aya yaxın məni narahat etdi.Artıq nömrəsini əzbər bilirdim.Günlərin bir günü yenə cavab verdim zənginə normal ünsiyyət oldu və beləliklə münasibət başladı.Artıq hər ikimiz bir birimizin hər şeyini bilirdik gün ərzində bir neçə dəfə danışırdıq o mənim dərd ortağım idi heyatımda nəyə üzülərdımsə ilk ona zəng edərdim bölüşürdüm oda həmişə mənə təsəlli verərdi. 6 ayda beləcə telefonla danışdıq bir birimizi yaxından tanıdıq bir şeyini bəyənirdim ki mənlə bu qədər vaxt danışmağımıza baxmayaraq mənlə bir dəfə də olsun görüşmək istəməmişdi. Bir gün elmlərdən evə gedəndə mənə zəng etdi Nizami metrosunda set itməsin deyə qatardan çıxdım söhbət əsnasında mən Nizami metrosunda olduğumu dedim,o da Nizamidə metronun qarşısında olduğunu dedi. Düşündüm görüşməyimin vaxtıdır.Çıxdım metrodan maşınının nömrəsini bilirdim yaxınlaşdım.Ele ünsiyyət qururduq ki, sanki illərdir bir birimizi tanıyırıq.Üzbəüz mənə evli olduğunu və bir qızının olduğunu dedi.Açığı dürüstlüyü xoşuma gəldi amma mənimlə niyə danışdığını anlaya bilmədim,çünki evli kişinin məqsədi olmadan bir qadına bu qədər vaxt ayıracağını anlamaqda çətinlik çəkirdim.Yaxşi ki,vurulmamışdım yoxsa pis olardım.Eve gəldim və zənglərinə cavab vermədim mesajla.Heyatını yaşamasını mənimlə danışmağın düzgün olmadığını yazdım. Mesajıma baxmayaraq.Yenə də mənə zəng edirdi.
             скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!